Tofiq Abbasov: “Riqa sammitindən sonra Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşü siyasi baxımdan önəmlidir”
Qarabağ münaqişəsinin Moskva razılığı...
Aydın Mirzəzadə: “Problemin həlli bizdən daha çox Ermənistana lazımdır”
Tofiq Abbasov: “Riqa sammitindən sonra Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşü siyasi baxımdan önəmlidir”
Tofiq Abbasov: “Riqa sammitindən sonra Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşü siyasi baxımdan önəmlidir”
Azərbaycan və Rusiya XİN rəhbərlərinin Moskva görüşündə verilən bəyanatlar Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəallaşmasına yeni stimul verib. Nazirlərin problemin həlli ilə bağlı verdiyi nikbin açıqlamalar isə yaxın günlərdə bu istiqamətdə mühüm irəliləyişin anonsu kimi qiymətləndirilib.
"Moskva Bakıya Qarabağla bağlı söz verib”
Rusiya mətbuatı da nazirlərin görüşünə xüsusi diqqət ayırıb və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi müzakirələrin aparıldığını yazıb. "Soverşenno sekretno” nəşrinin yaydığı məlumata görə, Kreml münaqişənin həlli ilə bağlı razılaşma əldə edib. Lavrovun "Rusiya Qarabağ münaqişəsinin həllinə prioritet mövzu kimi baxır” sözünü xatırladan nəşr bunun rəsmi Bakıya açıq mesaj olduğunu deyib: "Rusiya münaqişənin uzanmasından yorulub. Münaqişənin həllinin ləngidiyini etiraf edən Lavrov azərbaycanlı həmkarını bu istiqamətdə maksimum addım atacaqlarına inandırıb. Bütün bunlar ictimaiyyətə açıqlanan məsələlərdir. Halbuki Məmmədyarovla Lavrov bağlı qapılar arxasında daha ciddi müzakirələr aparıblar. Mediaya açıqlamalarında xoş münasibətləri qapalı görüşün uğurlu keçdiyini deməyə əsas verir”.
"Rusiyanın nikbinliyi tərəflərin danışığa hazır olması ilə əlaqədardır”
MDB Ölkələri İnstitutunun sədr müavini Vladimir Jarixin Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvadakı görüşünün yekunlarını şərh edərkən deyib ki, münaqişənin nizamlanmasında irəliləyiş əldə etmək üçün müəyyən ilkin şərtlər var: "Moskva Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində həmişə son dərəcə maraqlı olub. Belə ki, Rusiya həm Azərbaycan, həm də Ermənistan ilə dost münasibətdədir və artıq bir neçə ildir ki, prezidentlərin danışıqlarında fəal vasitəçi rolunu oynayır”. Politoloqun sözlərinə görə, Rusiya indiyə kimi tərəflərin irəliləyişə hazır olduğunu və problemin həllinə imkan yaradacaq kompromisləri görməyib: "Moskva Minsk Qrupunun həmsədr ölkələrinin ümumi mövqelərini müəyyənləşdirməklə həmsədr kimi aktiv şəkildə fəaliyyət göstərir. Yeri gəlmişkən, bu mövqelər Moskvanın maraqlarını tamamilə əks etdirmir. Aİ, ABŞ və Rusiyanın mövqeləri çox nadir halda üst-üstə düşür. Dağlıq Qarabağ münaqişəsi də belə nadir hallardan biridir. Ancaq Kreml hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin vahid mövqeyi Moskvanın maraqlarının bu mövqeyə uyğun gəlməsindən vacibdir”.
"Ermənistan yeganə dövlətdir ki, onu ölkə rəhbərliyi deyil, xaricdəki diaspor üzvləri idarə edir”
YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, Lavrovun "Dağlıq Qarabağın həlli üçün real baza var və bunu hamı etiraf edir” sözləri artıq Rusiyanın da məsələyə ciddi yanaşmasından xəbər verir. Deputatın sözlərinə görə, əsas amil münaqişənin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu cür bəyanat verməsidir: "Rusiya dövləti sıradan həmsədr deyil. O, regionun aparıcı dövlətlərindəndir. Rəsmi Moskvanın Ermənistanla çox sıx münasibətləri var. Hesab edirəm ki, problemin həlli yalnız bir faktordan asılıdır. O da Ermənistanın işğal etdiyi ərazilərdən qoşunlarını çıxarmasıdır. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Dağlıq Qarabağa yüksək muxtariyyətin verilməsinə və erməni icmasının hüquqlarının qorunmasına Azərbaycan tərəfindən tam təminat verilir”. Millət vəkili əlavə edib ki, Azərbaycan Rusiya tərəfini bu münaqişənin həllində özünün imkanlarından daha fəal şəkildə istifadə etməyə çağırır: "Münaqişənin həll edilməməsi isə bir çox faktorlardan asılıdır. Birincisi, Ermənistan rəhbərliyində olan siyasi qrupun hakimiyyətə məhz Qarabağ dalğasında gəlməsidir. İkincisi, Ermənistan dünyada yeganə dövlətdir ki, onu ölkə rəhbərliyi deyil, xaricdəki diaspor üzvləri idarə edir. Bu gün Azərbaycan Ermənistanın arxasındakı bir sıra qüvvələrlə üzbəüz durub. Ancaq real vəziyyət problemin həllini tələb edir. Problemin həlli isə bizdən daha çox Ermənistana lazımdır”.
"Nazirlərin Moskva görüşü birinci şəxslərin əsas müzakirə mövzusunun konturlarını cızdı”
Politoloq Tofiq Abbasov deyib ki, Riqa sammitindən sonra Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşü siyasi baxımdan önəmlidir. Çünki görüşdə ikitərəfli münasibətlərin geniş spektri, Azərbaycanın "Şərq Tərəfdaşlığı” çərçivəsindəki mövqeyi, Qarabağ problemi ilə əlaqəli tələbkarlığı geniş müzakirə edilib: "Bildiyiniz kimi, Rusiya dövlət başçısı Putin Avropa Oyunlarının açılışına gələcək. Təbii ki, səfər çərçivəsində iki nüfuzlu dövlətin lideri ən aktual məsələləri müzakirə edəcəklər. Əminəm ki, Putinin Bakıya gəlişində Qarabağ probleminin nizama salınmasına təkan verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin gerçəkləşməsi və Xəzərin hüquqi statusu kimi önəmli siyasi məsələlər ön planda olacaq. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada həmkarı ilə görüşməsi müəyyən mənada təsnifat xarakteri daşımaqla yanaşı, həm də birinci şəxslərin görüşü öncəsi gündəliyin tərtibatına işarədir”.
İsmayıl