"Qarabağ problemi İrəvan üçün ciddi başağrısına çevrilməkdədir" - "Bakı-Tbilisi-Qars"dan kənar qaldı
12:07 02.11.2017
Arxiv
882
"Ermənistan üzərindən keçən və hələ də bağlı olan Qars-Gömrü-Tbilisi xətti isə istifadəsiz qaldığı üçün Ermənistanın vəziyyəti ağırlaşacaq”.
Bunu "Sherg.az”a Ermənistanın Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsindən kənarda qalmasının nəticələrini izah edərkən siyasi şərhçi Azər Rəşidoğlu deyib.
O bildirib ki, bu layihə ilə Azərbaycanın regional gücü artır:
" Türkiyə və Mərkəzi Asiya ölkələri arasında quru yolu üzərində Azərbaycan əsas faktor olacaq. Eləcə də "Böyük İpək Yolu” layihəsinin həyata keçməsi ilə Çindən Avropaya qədər olan marşrut xəttində əsas paya sahib olacaq. Belə demək mümkünsə, Uzaq Şərq ilə Avropa arasında paylayıcı rol oynamaqla ölkəmizin siyasi əhəmiyyəti Avropa və Avrasiyada daha da yüksələcək. BTQ Türkiyə, Gürcüstan və Azərbaycanın bölgədə mövqeyini möhkəmləndirir.
Bu layihədən kənarda qalan İrəvan son nəticədə Qarabağ münaqişəsinin tənzimlənməsində güzəştlərə vadar olacaq.
Bütün regional layihələr Ermənistanın iştirakı olmadan həyata keçirilir. Qarabağ problemi İrəvan üçün daha ciddi başağrısına çevrilməkdədir. Bir sözlə, İrəvan baş verənləri nəzərə almasa, xoşagəlməz nəticələrlə üzləşə bilər.
Azərbaycan öz qonşuları ilə uzun vədəli iqtisadi, nəqliyyat və mədəni sahələri əhatə edən iri layihələr həyata keçirəcək.
Bu, Azərbaycana imkan verəcək ki, öz enerji məhsullarını dünya bazarlarına çoxşaxəli formada çıxara bilsin. Bakı digər formatlardan da kənarda qalmır. Bu geosiyasi oyunda ən böyük itki ilə ermənilər üzləşir”.
Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov layihəyə Ermənistanın qoşulması ilə bağlı şərtləri açıqlayıb. Nazirin sözlərinə görə, ilk növbədə münaqişə həll olunmalı, qoşunlar bizim işğal olunmuş torpaqlarımızdan çıxarılmalıdır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi