Qarabağdan çəkilən filmə İran dəstək verir
20:02 20.10.2016
Arxiv
618
Millət vəkili deyir ki, rəsmi Tehrana ən yüksək səviyyədə etiraz bildirilməlidir
Ermənistanla İranın ortaq istehsalı olan, İran ermənisi Anaxit Abatın Dağlıq Qarabağla bağlı çəkdiyi "Karvakar” adlı filmin çəkilişləri tamamlanmaq üzrədir. Ermənistan Milli Kino Mərkəzinin müdiri Gevorq Gevorkyan Qarabağda çəkilən filmin çəkilişlərinə İran tərəfinin böyük dəstək verdiyini deyib.
Erməni-İran həmrəyliyindən yaranan bu film Qarabağ müharibəsindən bəhs edir və təbii ki, erməni işğalına haqq qazandırır. Çox güman ki, erməni lobbisinin böyük dəstəyi ilə Azərbaycanın əleyhinə hazırlanmış bu təxribatçı film bütün dünyada yayımlanacaq. Göründüyü kimi, düşmən tərəf özünə dost ölkələrin dəstəyi ilə işğal etdikləri Azərbaycan torpaqlarına yiyələnmək üçün bütün çirkin üsullara, yalan və böhtana əl atır. Ekspertlərə görə, ermənilərin təxribatına tez zamanda ən optimal variantlarla adekvat cavab verilməlidir. Əks halda, ermənilərin həyasızlığı baş alıb gedəcək. Onu da xatırladaq ki, İran vətəndaşının film çəkmək üçün Qarabağa icazəsiz getməsi də qanuna ziddir. Ona görə də ölkəmizdəki əlaqədar qurumlar bununla bağlı rəsmi etirazlarını bildirməlidirlər. Ermənilərin növbəti təxribatı və İranın düşmənə verdiyi dəstəklə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov məsələyə ən yüksək səviyyədə etiraz bildirməyin zəruri olduğunu deyib: "Ermənilər bizimlə tarixən düşmənçilik edib. Bəs dinimiz, məzhəbimiz bir olan, bizə "qardaş, dost” deyən İran niyə düşmənçilik edir?! Azərbaycan hər zaman İranla xoş münasibət saxlayıb. Amma təəssüflər olsun ki, həmişə bunun əksini görmüşük. Dağlıq Qarabağ münaqişəsi yaranan gündən İran ermənilərə himayədarlıq edir. Halbuki fars rejimi də çox gözəl bilir ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır. Ermənilərin yurd-yuvasından didərgin saldığı, işgəncələrlə öldürdüyü, soyqırım törətdiyi insanlar müsəlman azərbaycanlılardır, Məhəmməd Peyğəmbərin ümmətidir. Buna baxmayaraq, müsəlman dövlət sayılan İran bizi yox, düşmənimizi, özü də xristian bir ölkəni müdafiə edir”. Deputatın sözlərinə görə, İran zəlil günə düşmüş Ermənistanın yaşama ümididir: "İran bir növ ermənilərin qida borusudur. Düşmənin bütün təminatı İran tərəfindən ödənilir. Şimal qonşumuz düşməni hərbi cəhətdən gücləndirdiyi kimi, İran da ermənilərin iqtisadiyyatını saxlayır. Qarabağdakı bütün tikinti materialları İran tərəfindən daşınıb. Rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini heç vaxt gizli saxlamır. Erməniləri dəstəklədiyini açıq şəkildə etiraf edir”.
E.Məmmədov ermənilərin çəkdiyi filmlə bağlı bunları deyib: "Əlbəttə, düşmən ölkə nümayəndələrinə "Qarabağla bağlı uydurma film çəkməyin” deyə bilmərik. Daha doğrusu deyərik, amma bunun faydası olmaz. Ən azından rəsmi səviyyədə İrana xəbərdarlıq etmək olar ki, onlar düşmənlə bir olub belə təxribatlara imza atmasınlar. Qonşu dövlət kimi İrana ərkimiz çatır. Tehrandan tələb etməliyik, hətta ciddi şəkildə etiraz etməliyik ki, düşmənin təxribatına uymasınlar. Yaxşı, bizə kömək etmirlər, etməsinlər, özləri bilər, heç olmasa, düşmənə də yardım göstərməsinlər. Mən İran səfiri ilə söhbət zamanı üzünə dedim ki, biz qonşu dövlət olsaq da, hələ ki qardaş dövlət ola bilməmişik. Çünki siz düşmənimizlə qardaşlıq edirsiniz”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət