Qarışqalar körpəni yedi

O gün meşədən tapılmasaydı, öləcəkdi
Rusiyada yeni doğulan bir körpə meşədə tək başına buraxıldı. Qarışqaların yeməyə başladığı yazıq körpə təsadüfən tapıldı.
Polis indi körpəni tənha meşəyə  buraxan o ailəni axtarır. Rusiyada bir adam, işə gedərkən meşədən keçən qısayoldan istifadə etməyə qərar verir. Bu zaman ağlamaq səsi eşidir. Səsin gəldiyi istiqamətə irəliləyən adam, yarpaq yığınının altında qarışqalarla çarpışan bir körpə tapdı. Çağırılan təcili yardımla xəstəxanaya aparılan körpənin qarışqalar tərəfindən yeyildiyi təyin olundu. 3 günlük olduğu təxmin edilən körpə əgər həmin gün tapılmasaydı həyatını itirəcəydi. Ailəsi axtarılan körpənin səhhətinin tamamilə yaxşılaşacağı gözlənilir.