
"Qaşıkçı hadisəsinin açılması kimlərdəsə narahatlıq yaradır"
09:34 30.04.2019
Arxiv
722
"BƏƏ-li casusun ölümünün bir ucu Qaşıkçı cinayətinin açılmasında narahat olan xarici dövlətlərin kəşfiyyat idarələrinə gedib çıxacaq"
Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıkçının ölümündə şübhəli bilinən və İstanbulda saxlanılan BƏƏ casuslarından biri həbsxanada intihar edib. Məsələ ilə bağlı İstanbul Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, Zaki Hasanın cəsədi saxlanıldığı həbsxananın hamam otağında asılı vəziyyətdə aşkar edilib. Ancaq jurnalistin qəsdən öldürüldüyünü iddia edənlər də var. Xatırladaq ki, Qaşıkçı ötən il oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib və bir daha oradan çıxmayıb. Onun konsulluq binasında dəhşətli şəkildə qətlə yetirildiyi iddia olunur. Cinayətdə şübhəli bilinən iki nəfər bir neçə gün öncə İstanbulda saxlanılıb. Daha sonra onlardan biri özünü asıb. Siyasi şərhçilərin sözlərinə görə, Qaşıkçı olayı nə qədər müəmmalı idisə, onun işində şübhəli bilinən şəxslər ətrafında da eyni müəmmalı proses cərəyan edir.
Qətldə şübhəli bilinən şəxsin özünə qəsd etməsi ilə bağlı "Şərq”ə danışan politoloq Əhəd Məmmədli deyib ki, islam dinində intihar bağışlanmaz günahdır. Körfəzdə yerləşən ərəb ölkələri də şəriət qanunları ilə idarə edilir:

"Şəriət qanunu ilə idarə edilən bir dövlətin vətəndaşının özünə qəsd etməsi müəyyən şübhələr yaradır. Ələlxüsus da müəmmalı Qaşıkçı ölümü ilə əlaqədər həbs olunan bir casusun sirli ölümü indiyə qədər cavabını tapmayan suallara daha birini əlavə edir. Görünür, Qaşıkçı hadisəsinin açılması kimlərdəsə narahatlıq yaradır. Fikrimcə, BƏƏ-li casusun ölümünün bir ucu Qaşıkçı cinayətinin açılmasında narahat olan xarici dövlətlərin kəşfiyyat idarələrinə gedib çıxacaq. Ola bilsin, həbsxanada olan şəxs həqiqətən intihar edib, amma onu buna məcbur edə bilərlər. Şübhəlini birbaşa kiminsə öldürməsi şərt deyil”.
Analitikin sözlərinə görə, olayın arxasında BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail və ABŞ-ın kəşfiyyat orqanları ola bilər.
Çünki məhz həmin dövlətlər Qaşıkçı cinayətinin açılmasını istəmirlər: "Bundan sonra hadisə ilə bağlı həbs edilmiş digər şəxslərin təhlükəsizliyi daha yüksək səviyyədə təmin edilməlidir. Güman edirəm, türk dövləti Qaşıkçı cinayəti ilə həbs edilmiş digər əcnəbi vətəndaşlarını həbsxanalarında qorunma altına alacaq. Türkiyə dövləti Qaşıkçı cinayətinin açılmasında maraqlıdır. İntihar ciddi araşdırılmalı, Qaşıkçı ölümünün günahkarları müəyyənləşərək dünyaya təqdim edilməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı