QAT ayın sonunda həmsədrləri boykot edəcək
22:11 19.10.2016
Arxiv
579
Akif Nağı iddia edir ki, vasitəçilərin əsas missiyası münaqişəni həll etmək deyil, dondurmaqdır
"Münaqişə zonasında hərbi vəziyyəti dəqiqləşdirəcəyik”. Bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib. Həmsədrlərin regiona planlaşdırılan səfərindən danışan rusiyalı vasitəçi səfərin oktyabr ayının üçüncü ongünlüyündə baş tutacağını deyib:
"Dağlıq Qarabağa səfər edəcəyik. Rəhbər şəxslər, hərbçilərlə görüşlər nəzərdə tutulur. Münaqişə zonasında durumun sabitləşməsinə yönəlik Vyana və Sankt-Peterburq anlaşmalarının reallaşmasının gedişatını nəzərdən keçirməyi planlaşdırırıq. Mövcud işçi təkliflər nəzərə alınmaqla, danışıqlar prosesinin perspektivlərini müzakirə edəcəyik. Qiymətləndirməyimizə görə, bu vəziyyət aprel hadisələrindən buvaxtadək nisbi sakit olub”.
Əslində Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını boynuna götürən ABŞ və Rusiya rəsmilərinin məyusedici bəyanatından sonra həmsədrlərin regiona səfər edəcəyi gözlənilmirdi. Ümumiyyətlə, bugünədək ATƏT-in Minsk Qrupu qədər tənqidə məruz qalan başqa qurum olmayıb. Amma təəssüflər olsun ki, bildirilən ciddi iradlardan məntiqi nəticə çıxarmaq əvəzinə, həmsədrlər hər dəfə öyünən kimi bölgəyə faydasız səfərlərini, turist gəzintilərini davam etdirirlər. Vasitəçilərin lazımsız gəliş-gedişinə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, həmsədrlərin səfərləri ilə bağlı Azərbaycan cəmiyyətində böyük narazılıq var: "Dəfələrlə dövlət rəsmiləri səviyyəsində Minsk Qrupunun fəaliyyətsizliyi ciddi tənqid olunub. Qurumun missiyasının iflasa uğradığı bəyan edilib. Biz də 5 ildir Minsk Qrupunun vasitəçiliyinə ehtiyac olmadığını bildiririk. Bununla bağlı aksiyalar keçirmişik, həmsədrlərin mətbuat konfransına basqın etmişik, aeroportda onların qarşısını kəsərək ölkəni tərk etmələrini tələb etmişik. Mövqeyimiz heç vaxt dəyişməyib”. Qurum rəhbəri bildirib ki, onların illər öncə dediklərini artıq hamı qəbul edir: "Həmsədrlərin əsas missiyası münaqişəni həll etmək deyil, dondurmaqdır. Bu isə birmənalı şəkildə ermənilərin maraqlarına xidmət edir. Vasitəçilərin və onların təmsil etdikləri ölkələr həmişə ermənipərəst mövqe tutublar. Ona görə də həmsədrlərin mənasız səfərlərinə ehtiyac yoxdur. ABŞ və Rusiya rəsmilərinin son açıqlamaları həmin dövlətlərin məsələyə yanaşmasını ortaya qoydu. Buna baxmayaraq, amerikalı həmsədr Ceyms Uorlik öz yüngül xasiyyətinə uyğun olaraq "hər şeyin qaydasında olduğunu” söyləyir. Məncə, Minsk Qrupunun üzvləri özləri də görürlər ki, Azərbaycan cəmiyyəti onları qəbul etmir. Əgər həmsədrlər ayın sonu Azərbaycana səfər edərsə, biz yenə sərt mövqeyimizi ortaya qoyacağıq. Ola bilsin, aksiya keçirtdik. Çünki onların səfəri insanlarda "vasitəçilər nəsə iş görür” kimi yanlış təsəvvürlər yaradır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət