Qatil ata: Aliment ödəməmək üçün qızını uçurumdan atdı





ABŞ-ın Kaliforniya ştatında bir atanın, arvadına aliment ödəməmək üçün 4 yaşındakı qızını 120 metrlik uçurumdan aşağıya atdığı ortaya çıxdı.
15 il əvvəl Rancho Palos Verdes vadisində yaşanan hadisədə, 4 yaşındakı Lauren Key, atasıyla gəzərkən uçurumdan düşərək həyatını itirdi. Hadisənin bir qəza olduğunu irəli sürən 47 yaşındakı ata Cameron Brown, keçən müddətdə keçmiş həyat yoldaşı Sarah Key-Meyerin mövzuyla əlaqədar açdığı iki iddiada günahsız olduğu bildirildi.
Ancaq hadisənin seyri, ananın açdığı üçüncü iddiada hakimlər münsifinin qızın öldüyü uçuruma getməsiylə dəyişdi. Atayla birlikdə hadisə yerinə gedərək manevr edən münsif üzvləri, kiçik qızın öz istəyiylə uçurumun kənarına gəlməsinin mümkün olmadığı qərarına gəldi.
Hadisə ilə əlaqədar cəsədin yarılma hesabatlarında, uçurumdan düşən kiçik qızın bədənində cızıq izlərinin olmamasına diqqət çəkilməsi də münsifin qənaətini gücləndirdi. Brownun 2000-ci ildə ayrıldığı həyat yoldaşına aylıq min dollar aliment ödəməmək üçün qızını uçurumdan itələdiyi ortaya çıxdı. Həbs olunan cani atanın önümüzdəki günlərdə məhkəmə prosesində ömürlük həbs cəzasına məhkum edilməsi gözlənilir.