Qatil ciddi müqavimət göstərib
09:15 17.07.2018
Arxiv
986
Terrorçunu sağ həbs etmək mümkün olmadığı halda onu yerindəcə zərərsizləşdirib məhv etməyin heç bir suçu yoxdur
Gəncə şəhərində polis əməkdaşını şəhid edən Rəşad Böyükkişiyevlə bağlı əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəmkir rayonunun Moranlı kəndində saxlanılarkən hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərən R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən DİN-in xüsusi təyinatlı dəstəsi - "Aslanlar” tərəfindən məhv edilib.
Məlumat üçün deyək ki, Böyükkişiyev əvvəllər də qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunub. Hətta 2007-ci ildə doğma anasını vəhşicəsinə qətlə yetirdiyinə görə, həbsə atılıb. Həbs müddəti bitdikdən sonra Rusiyaya və oradan da başqa ölkələrə yollanıb. Demək olar ki, ayaq basdığı hər yerdə cinayətlər və soyğunlar törədib. Hər fürsətdə dövlətimizi qaralamağa çalışan məlum qüvvələr və onların sosial şəbəkədəki əlaltıları indi də hüquq-mühafizə orqanlarını qaralamağa səy göstərirlər. Terrorçuları müdafiə edən təxribatçılar utanmadan polis qatilinin yerindəcə zərərsizləşdirilməsini yanlış addım kimi dəyərləndirir, niyə sağ ələ keçirilmədiyini sual edirlər. Halbuki rəsmi bəyanatlarda dəfələrlə vurğulanıb ki, Rəşad Böyükkişiyev polis zabitinin qanı ilə kifayətlənməyərək, hüquq-mühafizə orqanlarının digər əməkdaşlarını da öldürmək istəmiş, "təslim ol” çağırışlarına məhəl qoymamışdı. "Aslanlar” isə terrorçunun daha çox ziyan verməsinin qarşısını almaq üçün onu yerindəcə zərərsizləşdirmək qərarına gəliblər. Şübhə yoxdur ki, hər bir vətəndaş o cür təhlükəli qatillərin bir an öncə məhv edilməsinin tərəfdarıdır. Onun sağ ələ keçirilməsini tələb edənlərin hansı "məzhəbə” qulluq etdiyini hamı çox gözəl bilir.
Məsələ ilə bağlı "Şərq”ə danışan ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib ki, belə insanların həqiqi dinlə heç bir əlaqəsi yoxdur. Onlar öz çirkin əməllərini dinlə bağlayırlar:
"Dövlətə, xüsusən dövlətin məmurlarına qarşı hər hansı sui-qəsd təşkil etmək haramdır. Terrorçunu sağ həbs etmək mümkün olmadığı halda onu yerindəcə zərərsizləşdirib məhv etməyin islam dinində heç bir maneəsi və günahı yoxdur. İslamda qatilin cəzası qətl olunmaqdır. Sadəcə, indiki dövrdə qatillər müəyyən müddət üçün həbsə atılırlar. Birmənalı deyirəm ki, müqavimət göstərən, fəsad çıxaran qatillərə qarşı silah işlədilməsi bəyəniləndir”.
"Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli də "Şərq”ə bildirib ki, qanunlar müəyyən situasiyadan asılı olaraq, terrorçunu zərərsizləşdirməyə imkan verir:
"Şəxsən mən inanmıram ki, təhlükəsizlik əməkdaşları terrorçunu sağ ələ keçirmək mümkün olduğu halda onu qəsdən öldürüblər. Şübhəsiz ki, hüquq-mühafizə orqanları qatili sağ ələ keçirmək üçün əllərindən gələni ediblər. Aydın görünür ki, qısdırılan terrorçu ciddi müqavimət göstərib və nəticəsi pis ola biləcək hansısa əmələ əl atıb. Ona görə də hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçu Rəşad Böyükkişiyevi yerindəcə zərərsizləşdiriblər. Prosesin ilk günündən bəzi məkirli qüvvələr hadisələri başqa istiqamətə yönləndirməyə çalışırlar.
Onların məqsədi cəmiyyətdə neqativ rəy formalaşdırmaqdır. Həmin təxribatçı qüvvələr Gəncədəki ilk terror hadisəsindən sonra insanlar arasında çaşqınlıq, aqressiya və nifrət yaratmaq istəyirlər. Dünyanın bütün ölkələrində terror baş verəndə hüquq-mühafizə və təhlükəsizlik orqanları sərt addım atırlar. Burada qeyri-adi bir şey yoxdur. Terrorçuların qarşısı dərhal və layiqli şəkildə alınmalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət