Qatil dövlət...
Yusif Nəzərli
07:56 17.11.2022
Arxiv
2626
Ermənistan azyaşlı uşaqları müharibəyə sürükləyir
Bununla İrəvan beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları BMT Baş katibinin Uşaqlar və Silahlı Münaqişələr üzrə Xüsusi Nümayəndəsi xanım Vircinia Qambaya Ermənistan tərəfindən 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda istifadə edilməsi, Azərbaycanafobiya ruhunda tərbiyə olunması ilə bağlı bəyanat ünvanlayıblar.
Bəyanatda İkinci Qarabağ müharibəsi zamanı uşaqların Ermənistan tərəfindən birbaşa hərbi əməliyyatlara, həmçinin “VOMA”, “POGA” və “Mets Tiqran” kimi hərbi təşkilatlar tərəfindən hərbi təlimlərə cəlb edilməsinə etiraz ifadə edilib.
Müraciətdə qeyd olunub ki, Ermənistan yetkinlik yaşına çatmayan şəxsləri məcburi şəkildə hərbi münaqişəyə cəlb edərək nəinki uşaqların təhsil, inkişaf və digər hüquqlarını pozur, ümumiyyətlə, onları ölümə göndərir: “Döyüş meydanında heç bir qanun tanımayan Ermənistan dövləti çoxsaylı beynəlxalq qanunları, o cümlədən BMT-nin, UNİCEF-in Paris konvensiyasının uşaq hüquqları ilə bağlı konvensiya və normalarını heçə sayır.
Ermənistanın uşaqları hərbi təlimlərə açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət regionda etimad quruculuğuna ehtiyac olan dövrdə azərbaycanlılara nifrət aşılamaqla davamlı sülhün bərqərar olmasına maneçilik törədir, beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır. Ermənistan hökumətinin rəhbəri və üzvləri tərəfindən insanlığa zidd olan müharibə cinayətlərini özündə əks etdirən qərarlara konvension normalara uyğun olaraq hüquqi qiymət verilməli və məsuliyyət müəyyənləşdirilməlidir”. Müraciət 48 QHT tərəfindən imzalanıb.
Millət vəkili Könül Nurullayeva beynəlxalq konvensiyalara görə, müharibədə azyaşlıların və qadınların əməyindən istifadənin qadağan olduğunu, bunun birbaşa müharibə cinayəti hesab edildiyini deyib.
Onun sözlərinə görə, Ermənistanın hərbi əməliyyatlarda azyaşlılardan istifadə etməsi bu ölkənin beynəlxalq hüququnun prinsiplərini və ən əsası özünün beynəlxalq öhdəliklərini kobud şəkildə pozduğunu göstərir:
“Nəzərə almaq lazımdır ki, ümumiyyətlə, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlara cəlb olunması ilk növbədə Cenevrə konvensiyasının müvafiq bəndlərinin, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən "Uşaq hüquqları haqqında" Konvensiyanın 38-ci maddəsinin kobud şəkildə pozulması deməkdir. Adıçəkilən Konvensiyada iştirakçı dövlətlər silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırılır, eyni zamanda, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsi qadağan edilir”.
Millət vəkili deyib ki, Ermənistan istər hərbi əməliyyatlarda, istərsə də atəşkəs dövründə uşaqların qatili rolunda çıxış edir:
“Təsadüfi deyil ki, atəşkəs dövründə 40-dan çox azərbaycanlı uşaq məhz erməni snayperi ilə öldürülüb. Eyni zamanda, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkünün 300 mindən çoxunu uşaqlar təşkil edir. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə bölgəsindən kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarına etdiyi artilleriya və raket hücumları nəticəsində öldürülən 65 mülki şəxsdən 10-u azyaşlı uşaqdır. 300 nəfər yaralı arasında uşaqlar da var. Təəssüflər olsun ki, Ermənistan bu gün də müharibə cinayətlərini davam etdirir və yenə də hədəfdə azyaşlı uşaqlar da daxil olmaqla mülki insanlardır. Baş verənlər beynəlxalq ictimaiyyəti ciddi narahat etməli və Ermənistan beynəlxalq hüququ pozduğu üçün məsuliyyətə cəlb olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət