“Qaynar xətt” o zaman mümkündür ki...



Serj Sarkisyanın Bakı və İrəvan arasında "qaynar xətt” yaradılması haqqında təklifi absurddur.

Bunu Sherg.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli söyləyib. 

Onu sözlərinə görə bu təklif S.Sarkisyanın müharibə təhlükəsindən qorxduğunun göstəricisidir:

"Ermənistan prezidenti bununla rəsmi Moskvaya dəstək üçün növbəti mesajını ünvanlayır. "Qaynar xətt”in yaradılması o zaman mümkün ola bilər ki, bu, münaqişə müstəvisində baş verə biləcək təxribatların qarşısını almaq məqsədi güdsün. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından öz qoşunlarını çıxartmadan düşmənlə əlaqələrin yaradılması mümkün deyil. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmadığı müddətdə S. Sarkisyanın bu sərsəm bəyanatı reallığı əks etdirə bilməz”.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında "qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış edib.

Ayyət