Qazaxıstanda rus dilindən istifadə qadağan olundu
08:27 02.03.2018
Arxiv
1110
Firudin Cəlilov: “Nazarbayevin addımını alqışlayıram. Əvvəl-axır qazax xalqı da öz ana dilində - dövlət dilində yazıb-oxumağı bacarmalıdır”
2009-cu ildə Qazaxıstanda aparılmış siyahıyaalma zamanı əhalinin yalnız 62 faizinin qazax dilində, 85 faizinin isə rus dilində oxuyub-yaza bildiyi məlum olmuşdu. Lakin o vaxtdan bəri Qazaxıstanda etnik balans xeyli dəyişib. Hazırda qazaxlar ölkə əhalisinin təxminən 70, ruslar isə 20 faizini təşkil edir.
Dünəndən etibarən isə Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin xüsusi sərəncamı ilə Nazirlər Kabinetinin iclaslarında rus dilindən istifadə qadağan olunub. İclaslar yalnız qazax dilində keçiriləcək, ehtiyacı olanlar üçün sinxron tərcümə təmin ediləcək.
Prezident Qazaxıstanda latın qrafikasının tam tətbiqi məsələsinə toxunub. O, eyni zamanda qazax dilinin dövlət dili olaraq statusunun artırılmasına yönəlmiş tədbirlərin görülməsini də vacib sayıb: "Latın əlifbasının tətbiqi xalqımız üçün tarixi əhəmiyyətlidir. Eyni zamanda, qazax dilinin bütün səviyyələrdə gücləndirilməsi də vacibdir. Hesab edirəm, hökumət və parlament müstəvilərində ancaq dövlət dilində danışılmalı və sənədlər də bu dildə tərtib olunmalıdır”.
Qazaxıstanda rus dilinin qadağan olunması ilə bağlı fikirlərini "Şərq”lə bölüşən filologiya elmləri doktoru, professor Firudin Cəlilov 90-cı illərdə eyni proseduranın ölkəmizdə də olduğunu deyib. Onun sözlərinə görə, müstəqilliyimizi qazanana qədər dövlət müəssisələrində yazışmaların 99 faizi rus dilində olurdu:
"Hətta bu məsələ ilə bağlı 1988-ci ildə ana dili komissiyası yaradılmışdı. Komissiya idarələrdə yazışmaları yoxlayırdı. Mən də komissiyalardan birinin başçısı idim, bir neçə nazirlikdə yoxlamalar aparırdıq. Yəni, 1988-ci ildən bu məsələləri çox ciddi şəkildə qaldırırdıq. Artıq 1992-ci ildən sonra demək olar ki, bütün idarələrdə rus dilində yazışmalar yavaş-yavaş aradan çıxdı.
Nazarbayevin etdiyi kimi, qəti qadağa qoyulmadı. Amma o vaxt milli ruh həddindən artıq olduğu üçün biz çox qısa müddətdə rus dilini idarələrdə yığışdıra bildik. Qazaxıstandakı vəziyyətlə ölkəmizdəki vəziyyət bir deyil.
Çünki orda əhalinin 60-70 faizi rus dilində oxuyub. Qazaxıstanda 50-ci illərdə ana dilində institut yox idi, hamı rus dilində oxuyurdu, əhalinin xeyli hissəsi rusdilli idi. Ona görə də Nazarbayevin bu addımı həddindən artıq cəsarətlidir və alqışlayıram. Əvvəl-axır qazax xalqı da öz ana dilində - dövlət dilində yazıb-oxumağı bacarmalıdır. Ümumiyyətlə, son illərdə Nazarbayevin gördüyü işləri müsbət qiymətləndirirəm”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət