Qazilər təklifi ALQIŞLADI: "Bundan Azərbaycan ancaq qazana bilər"
14:11 25.04.2019
Arxiv
751
"Keçidlərə, körpülərə şəhidlərin, qəhrəmanların adının verilməsi, şəkillərinin vurulması digər bütün reklamlardan daha əhəmiyyətlidir"
Qarabağ Seyid Ocaqları İctimai Birliyinin sədri, şərqşünas Seyid Camal Əzimbəyli Bakıda və digər böyük şəhərlərdə salınmış körpü və keçidlərə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda, o cümlədən 1-ci Qarabağ savaşı və Aprel döyüşlərində şəhid olmuş oğul-qızlarımızın adlarının verilməsi təklifi ilə çıxış edib.
Şərqşünas qeyd edib ki, bu təşəbbüs "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkil etdiyi Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvləri ilə görüşü zamanı irəli sürülüb.
"Şəhidlərin adları veriləcək obyektlər üzərində şəhidlər haqqında xatirə lövhələri də quraşdırılacaq, eləcə də şəhər və bölgələrimizdəki yol göstəricilərində, internet və naviqasiya sistemlərində və s. onların adları əks olunacaq.
Və bu da ölkə vətəndaşlarının hafizəsində, yaddaşında qəhrəman övladlarımızın adlarının həkk olunmasında önəmli rol oynayacaq. Nəticədə belə bir addımın atılması həm şəhidlərimizin müqəddəs ruhlarına böyük ehtiramın təcəssümü olacaq, həm də gənc nəslə vətənpərvərlik hissinin aşılanması sahəsində böyük rol oynayacaq”-deyə Seyid Camal bildirib.
Seyid Camal Əzimbəyli qeyd edib ki, bu təşəbbüsün həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediləcək: "Prezidentin şəhid ailələrinə qayğısı dövlət siyasətimizin əsasını təşkil edir. Bu təklifin həyata keçirilməsi şəhid ailələrinə bir daha təsəlli olacağını düşünürəm".
Şərqşünas qeyd edib ki, bu təklif görüşdə iştirak edən şəhid ailə üzvləri tərəfindən rəğbətlə qarşılanıb və onların bir çoxunu duyğulandırıb.
«Qarabağ Seyid Ocaqları»nın təklifi müharibə iştirakçılarının dəstəyini qazanıb.
«Qarabağ Qaziləri» Birliyinin sədri Asəf Əliyev «Sherg.az»a açıqlamasında təklifi dəstəklədiklərini bildirdi:
- «Seyid Ocaqları»na təşəkkür edirik ki, belə təklif irəli sürüblər. Çox lazımlı və vacib məsələdir. Qonşu ölkələrə səfər edəndə, küçələrdə, parklarda şəhidlərin şəkilləri vurulmuş lövhələr görürük. Bizdə niyə olmasın? Nə qədər geyim, saat reklamı, müğənnilərin şəkli olar?! Azərbaycanın ərazi bütövlüyü uğrunda, Vətən yolunda canından keçən qəhrəman oğullarımızın tanınması üçün bu təklif əlbəttə, bəyəniləndir. Keçidlərə, körpülərə şəhidlərin, qəhrəmanların adının verilməsi, şəkillərinin vurulması digər bütün reklamlardan daha əhəmiyyətlidir. Bir var, hansısa milli qəhrəman haqqında bir gün – anım günündə danışılsın, bir də var, hər gün, daim o qəhrəman xatırlansın, şəklini əhali hər gün görsün. Daim göz önündə olmaq diqqət mərkəzində qalmaqdır və bunun da vətənpərvərlik ruhunun yüksəlməsində böyük rolu var.
QQB-nin sədri Birliyin rayon şöbələrinin bu işdə fəal iştirakının təmin ediləcəyini də söylədi:
- Qarabağ Qaziləri İctimai Birliyinin həm paytaxt, həm də bölgələr üzrə şöbələri fəaliyyət göstərir. Hər rayonun, bölgənin şəhidləri, milli qəhrəmanlar, döyüş yolu keçmiş oğullarımız barədə ətraflı məlumatları təqdim edə bilərik. Bu məsələdə qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr mütləq olmalıdır.
Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov da «Qarabağ Seyid Ocaqları»nın təklifini bəyəndiyini və alqışladığını söylədi:
- Çox gözəl təklifdi. Təşəbbüsə görə, dostumuz Seyid Camala təşəkkürümüzü bildiririk. Hesab edirik ki, bu ideya reallaşarsa, vətənpərvərlik ruhunun yüksəlməsində böyük əhəmiyyət daşıyacaq və şəhidlərə hörmətin, diqqətin bariz nümunəsi olacaq. İşğala məruz qalmış, işğalçılara qarşı döyüşmüş hər bir dövlətdə şəhidlərə xüsusi sayğı var. Biz bunu digər dövlətlərin numunəsində müşahidə edirik. Azərbaycanda da belə olmalıdır. Bu iş son dərəcə sadə, həyata keçirilməsi asan, sıxıntısı olmayan məsələdir. Bundan Azərbaycan ancaq qazana bilər. Əslində, bu iş çoxdan reallaşmalı idi. Ümumiyyətlə, şəhidlərlə, milli qəhrəmanlarla bağlı geniş təbliğat-təşviqat işləri aparılmalıdır. Biz də bu işə tam dəstək verməyə hazırıq.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region