Qəbizlik zənn etdilər, amma...

Daniel bir daha hərəkət edə bilməyəcək
Daniel Carter adlı ingilis uşağın qarın ağrılarının səbəbi qəbizlik zənn edilirdi, ancaq nadir görünən bir xərçəng diaqnozu qoyulan Daniel bir daha əsla hərəkət edə bilməyəcək.
"Daily Mail”də nəşr olunan xəbərə görə, 5 yaşlı Daniel, aylarla ağrılarından əziyyət çəkib. Ancaq hər həkimə gedən zaman ağrıkəsici yazılaraq evə göndərildi. Bir gün ağrılar içində yerdə qıvrıldığını görən ailəsi təcili olaraq xəstəxanaya apardı və qorxunc xərçəng şişi ortaya çıxdı. 4-5 saatlıq təcili əməliyyatla nöroblastom adı verilən, sinəsindən onurğasına qədər yayılan şişin bir hissəsi götürüldü. Ancaq əməliyyat zamanı onurğası zədə görən uşaq əlil arabasına məhkum oldu. Sinir hüceyrələrində yaranan bir xərçəng növü olan nöroblastom, ümumiyyətlə 5 yaşa qədər uşaqlarda təsadüf edilir. Səbəbi bilinməyən nöroblastomun başlıca simptomları arasında yorğunluq, iştahsızlıq və sümük ağrıları var.