“Amma bir məsələ var ki, artıq ali məktəblərdə oxumaq çətin olacaq. Hər qəbul olan tələbə 4 ildən sonra məzun ola bilməyəcək. Hər hansı bir fakültəyə qəbul olan 100 tələbədən uzaq başı 60-70-i ancaq məzun olacaq”
Qəbul planı tamamilə ləğv edilməyəcək
Bundan sonra ödənişli yerləri hər universitet və ya kollec özü müəyyənləşdirəcək
“Amma bir məsələ var ki, artıq ali məktəblərdə oxumaq çətin olacaq. Hər qəbul olan tələbə 4 ildən sonra məzun ola bilməyəcək. Hər hansı bir fakültəyə qəbul olan 100 tələbədən uzaq başı 60-70-i ancaq məzun olacaq”
“Amma bir məsələ var ki, artıq ali məktəblərdə oxumaq çətin olacaq. Hər qəbul olan tələbə 4 ildən sonra məzun ola bilməyəcək. Hər hansı bir fakültəyə qəbul olan 100 tələbədən uzaq başı 60-70-i ancaq məzun olacaq”
Azərbaycanda ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə qəbulla bağlı yeni qaydalar hazırlanacaq. Ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı olmayacaq. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2016-cı il tarixli fərmanında əksini tapıb. Ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun yeni mexanizminin hazırlanması ilə bağlı artıq Təhsil Nazirliyinə tapşırıqlar verilib və işlər gedir.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlovun sözlərinə görə, yeni qəbul edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda mülkiyyət formasından asılı olmayaraq ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və qəbulun yalnız dövlət sifarişli ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizmlərinin hazırlanması nəzərdə tutulur. Sektor müdiri lent.az-a açıqlamasında bildirib ki, işlər mərhələli şəkildə 2017-2018-ci tədris ili ərzində yekunlaşmalıdır: "Yeni mexanizm işlənib hazırlandıqdan sonra təkliflər təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək və sonra tətbiqi gerçəkləşdiriləcək. Bu yeni mexanizmin tətbiqinin 2018-2019-cu tədris ilindən başlaması planlaşdırılır”.
Yeni qaydaların hazırlanmasında dünya təcrübəsinin də öyrənildiyini vurğulayan S.Gözəlov qaydaların nə cür olması ilə bağlı hələ dəqiq fikir bildirməyin çətin olduğunu deyib: "Türkiyə və eləcə də Avropa ölkələrində mövcud olan ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə qaydalarına dair təcrübələr ətraflı öyrənilir. Sonda bunlar da nəzərə alınaraq Azərbaycan milli kontekstində bizə uyğun gələn qəbul və yerləşdirmə mexanizmi işlənib hazırlanacaq. Bu qaydalar mexanizmini Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsil şöbəsi hazırlayır. Təkliflər Nazirlər Kabineti tərəfindən hansı korreksiyaya uğrayacaq, hansı dəyişikliklər ediləcəyi hələ məlum olmadığı üçün dəqiq detalları demək çətindir”.
Azərbaycan Prezidenti İlham Əliyevin "Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə fərmanda dəyişikliklər edilməsi haqqında” fərmanı ilə bağlı fikir bildirən S.Gözəlov deyib ki, fərmanda söhbət qəbul planının tamamilə ləğvindən getmir. Onun sözlərinə görə, ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə "tələbə qəbulu planı” anlayışı indi "qəbul proqnozu yerləri” ifadəsi ilə əvəz olunub: "Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu dövlət sifarişi və ya dövlət hesabına,
bir də ödənişli əsaslarla həyata keçirilir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq 2016/17-ci tədris ilindən etibarən ödənişli qəbul planı ləğv olunub. Amma bu o demək deyil ki, ödənişli əsaslarla tələbə qəbulu aparılmır. Sadəcə plan məsələsi ləğv edilib. Dövlət sifarişi və ya dövlət hesabına isə qəbul planı ixtisaslar üzrə aparılır, hər bir ixtisasa müəyyən sayda yer verilir. İxtisasın prioritetliyindən, ölkə iqtisadiyyatına, sosial sferaya, biznes mühitinə, dövlət müəssisələrinə tələb olunan yerlərdən asılı olaraq dövlət sifarişi üzrə yerlər ixtisaslar üzrə verilir. Ödənişli əsaslarla təhsil alan tələbələrin qəbul planının ləğvinə gəldikdə isə, əvvəllər Təhsil Komissiyası tərəfindən ödənişli əsaslarla təhsillə bağlı konkret yer verilirdisə, indi bu norma yoxdur. Yəni, təhsil müəssisələrinə əvvəl norma qoyulurdu ki, hər hansı ixtisasa bu qədər sayda ödənişli əsaslarla yer ola bilər və artıq ola bilməz. İndi isə ödənişli yerlərin sayının norması götürülüb. Yəni plan verilmir”.
Ödənişli təhsil alan tələbələrin sayının necə müəyyənləşdiriləcəyinə gəldikdə isə Şöbə müdiri deyib ki, ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələri özləri öz potensialını (elmi pedaqoji potensial, müəllim heyəti, kadr potensialı, infrastruktur potensialı) nəzərə alaraq, Təhsil Nazirliyinə ödənişli əsaslarla hazırlaya biləcəkləri tələbələrin sayı ilə bağlı sifariş verirlər: "Təhsil Nazirliyi də hər universitetin müəllim-tələbə nisbətini, auditoriya sahəsinin müəyyən normasını əsas götürərək bu rəqəmlə bağlı həmin təhsil müəssisəsi ilə razılıq əldə edir. Bu sifarişlər əsasında ümumi proqnoz yerlər müəyyənləşdirilir və təsdiq üçün Nazirlər Kabinetinə göndərilir”.
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə "Şərq”ə açıqlamasında ali təhsil müəssisələrinə qəbulun planlı olmasının ləğvi ilə bağlı hələ ötən ildən müzakirələr getdiyini və artıq bu ildən isə onun reallaşmasının təqdirəlayiq hal olduğunu deyib:
"İndiyədək hər bir ali məktəbə yerləri konkret olaraq dövlət müəyyənləşdirirdi. Filan ali məktəb üçün 25 ödənişsiz, 25 ödənişli yer təyin olunurdu. Bundan sonra isə ödənişli yerləri hər universitet və ya kollec özü müəyyənləşdirəcək. Əslində, bu, ali və orta ixtisas məktəbləri üçün daha sərfəlidir. Yeni qərarla ali məktəblər özlərinin maddi- tekniki bazalarına uyğun olaraq tələbə qəbul edəcək. Onlar ixtisaslar üzrə pullu təhsilə nə qədər istəsələr, yer təyin edə biləcəklər”.
Planlaşdırmanın sosializmin prinsipi olduğunu vurğulayan professor deyib ki, əvvəlcədən baş plan tutulur, sonrakı mərhələdə isə hər müəssisə üzrə müvafiq planlaşdırma olurdu. Amma artıq o dövr deyil. Bütün ölkələr bazar iqtisadiyyatına keçid edib. Müasir dövrdə planlaşdırma özünü doğrultmadığı üçün layihələndirmədən istifadə olunmalıdır.
Ə.Ağayev hesab edir ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, ödənişli qəbul planının ləğv olunması çox faydalı olacaq. Ən azından ona görə ki, tələbə qəbulu prosesində ali məktəblərin müstəqilliyi üçün zəmin yaradır:
"Bu qərar abituriyentlər üçün də kifayət qədər sərfəlidir. Artıq yerlər dolub deyə, bir balı çatmayan tələbələr kəsilməyəcək. Plan sərbəst olacaq. Ali məktəblər istədiyi qədər tələbə qəbul edəcək. Amma bir məsələ var ki, artıq ali məktəblərdə oxumaq çətin olacaq. Hər qəbul olan tələbə 4 ildən sonra məzun ola bilməyəcək. Hər hansı bir fakültəyə qəbul olan 100 tələbədən uzaq başı 60-70-i ancaq məzun olacaq. Qalanları isə balonya prosesinə uyğun olaraq müvafiq proqramları ödədikdən sonra universiteti bitirə biləcək”.
Bu qərarın eyni zamanda ali məktəblər arasında rəqabət yaradacağını vurğulayan professorun sözlərinə görə, hər bir müəssisə abituriyentlərin diqqətini çəkmək üçün öz üzərlərində təkmilləşmə işi aparıb, təlim və tədris keyfiyyətlərini yüksəltməyə çalışacaqlar”.
Şəymən