"Qərb ölkələri Rusiyanı zəiflətməyə qərar veriblər"- Çökdürülür





"Qərb və Rusiya arasındakı münasibətlər getdikcə gərginləşəcək”.

Bunu "Sherg.az”a Qərb ölkələrinin Rusiyaya qarşı həyata keçirdiyi sanksiyalardan danışarkən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu söyləyib. 

O qeyd edib ki, Krımın işğalı, Rusiyanın Amerikada keçirilən seçkilərə qarışması, sonda isə rus xəfiyyəsinin öldürülməsi ilə bağlı müəmmalar vəziyyəti daha da gərginləşdirdi:

"Hələlik çıxış yolu görmürəm. Qərb ölkələri Rusiyanı zəiflətməyə qərar veriblər, bu siyasətdən əl çəkməyəcəklər.

Nəticə olaraq, Qərb istədiyinə nail ola bilər. Vaxtilə SSRİ-ni zəiflədərək, çökdürdülər. İndi eyni proses Rusiyaya qarşı aparılır. 

Rusiyanın iqtisadiyyatı onsuz da ağırdır, cəmiyyət gündəlik təlatümlərlə üzləşir. Mənfi təsirlər göz qabağındadır. Belə vəziyyətdə Qərblə münasibətlərin gərginləşməsi bu dövləti daha da zəiflədəcək”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun sözlərinə görə, 16-sı Avropa Birliyinin üzvü olmaqla 23 ölkə ən azı 116 rus diplomatı deportasiya etmək istəyir.

Aysel Aslan