“Qeydə alınan namizədləri ittiham etmək istəmirəm”
07:53 28.03.2018
Arxiv
746
Tural Abbaslı: “Biz indi növbəti parlament seçkilərinə hazırlaşırıq”
Aprelin 11-də keçiriləcək prezident seçkilərində 8 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının prezidentliyə namizədliyi qeydə alınmayıb.
MSK-dan bildirilib ki, T.Abbaslının prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcud deyil. Komissiya məsələni səsə qoyaraq qəbul edib. Tural Abbaslı özü isə ruhdan düşməyib, yenə siyasətin içində olduğunu vurğulayır.
"Şərq”ə danışan Ağ Partiyanın sədri Tural Abbaslının sözlərinə görə, müxalifət arenasında ən gənc siyasətçilərdən olmasına baxmayaraq uzun müddətdir ki, siyasi səhnədədir:
"Azərbaycandakı siyasi reallıqların heç biri bizim üçün sürpriz deyil. Gözləmədiyimiz hansısa bir situasiya yoxdur, yəni həvəsdən düşməyimiz üçün qeyri-adi hadisələr olmadı. Biz reallıqları bilirik, 2000-ci il parlament və 2003-cü il prezident seçkiləri kimi müxtəlif dönəm seçkilərdə olmuşuq. Namizədliyimizi verəndə bilirdik ki, bizim namizədliyimizin qeydə alınması və ya alınmaması daha çox siyasi qərardan asılıdır. Onsuz da bütün bunları gözə alaraq yola çıxmışdıq. Ona görə də siyasi baxışlarımızda heç bir dəyişiklik olmadı, ümumiyyətlə, hər hansı bir ruh düşkünlüyü yoxdur”.
T.Abbaslı namizədliyinin qeydə alınmama səbəbini müstəqilliyində görür:
"İndiki namizədləri nədəsə ittiham etmək istəmirəm, çünki hər kəs özünə cavabdehdir, bizim elə bir səlahiyyətimiz yoxdur ki, kimisə nədəsə ittiham edək, hərə öz siyasətini qurur. Bizi müstəqil namizəd olduğumuz üçün qeydə almadılar. Düşünürəm ki, prezident seçkiləri mərhələsi bizim üçün keçmiş bir mərhələdir və seçkilər barədə hansısa işlər görmək, şikayətlər etmək fikrində deyilik. Partiya və siyasi şəxslər olaraq növbəti seçkilərə hazırlaşırıq. Növbəti parlament seçkilərinə partiyanın daxili strukturlarını daha da mükəmmələşdirmək marağındayıq. Daha çox bunlar üzərində işləyirik”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm