“Əgər ABŞ-ın Rusiyanı parçalamaq üçün ölkədə dini qarşıdurma yaratmaq niyyəti varsa belə, bunun baş tutması real deyil”
Qeyri-bərabərlik var
Rusiyada şiələrlə sünnilər arasında qarşıdurma yaratmaq mümkün deyil
“Əgər ABŞ-ın Rusiyanı parçalamaq üçün ölkədə dini qarşıdurma yaratmaq niyyəti varsa belə, bunun baş tutması real deyil”
“Əgər ABŞ-ın Rusiyanı parçalamaq üçün ölkədə dini qarşıdurma yaratmaq niyyəti varsa belə, bunun baş tutması real deyil”
Ötən gün məhərrəmlik ayı ilə əlaqədar Moskvanın Cümə məscidinə toplaşan şiələrə hücum edilib. Verilən məlumata görə, 30-35 vəhhabi təriqətinə mənsub şəxs qapıları sındırıb məscidə daxil olaraq namaz qılan şiələri döyüblər. Məscidin ətrafında olan 20-yə yaxın polis hücumun qarşısını ala bilməyib. Axundun hücum edənləri sakitləşdirmək çağırışı da nəticəsiz qalıb. Hadisə yerinə gələn 50 "OMON”-çu qarşıdurmanın qarşısını alıb.
Tərəflər sakitləşəndən sonra polis əməkdaşları Moskva "Əhli Beyt” cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıblar. Lakin məsciddə toplaşan dindarların təzyiqindən sonra onu sərbəst buraxıblar. Mətbuata açıqlama verən cəmiyyət sədri qarşıdurmada təqribən 200 azərbaycanlının iştirak etdiyini deyib. Onun sözlərinə görə, Moskva Müsəlmanları Ruhani İdarəsi azərbaycanlılara məhərrəm ayı ilə bağlı Cümə məscidində tədbirlər keçirməyə icazə vermir: "Bazar ertəsi normal qaydada məsciddə toplaşaraq namazımızı qılıb, duamızı etdik. Amma sonrakı gün kimlərinsə təhrikinə görə, digər müsəlmanları bizə qarşı qoydular”. Sədr əlavə edib ki, hazırda Moskvada yaşayan azərbaycanlıların şiələr üçün müqəddəs aylarda, bayramlarda və anım günlərində toplaşacağı heç bir yer yoxdur. Məsələni şərh edən ekspertlər problemin çox ciddi olduğunu düşünürlər. Onlar Rusiyada bir neçə milyon Azərbaycan vətəndaşının yaşadığını və bu ölkədə baş verən hadisələrin ölkəmizə təsirsiz ötüşməyəcəyini iddia edirlər. Hadisə ilə bağlı "Şərq”ə danışan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, islam dinindəki məzhəb bölücülüyü, təriqət qarşıdurması məqsədli şəkildə dünyanın bir çox ölkələrinə yayılıb: "İslam ölkələrində müxtəlif məzhəb nümayəndələrinin biri-birinə qarşı aqressiv nümayiş sərgiləməsi, cəmiyyətdə ayrıseçkilik yaratması dəfələrlə müşahidə edilib. Təəssüflər olsun ki, belə qarşıdurmaları Azərbaycana sirayət etdirmək istəyənlər az deyil. Çoxmillətli ölkə olan Rusiyada bu proseslərin başlanacağı gözlənilən idi. Hətta belə qarşıdurmaların qanlı şəkil alması ehtimalı da çoxdur. Ona görə də Azərbaycanda Aşura günü keçiriləcək yürüşlərlə, tədbirlərlə bağlı Dini Komitənin qadağasını təqdir edirəm. Əgər kimsə imamlara yas tutmaq istəyirsə, bunu qapalı yerdə, öz evində səssiz və qansız şəkildə etsin. Çox yaxşı haldır ki, Azərbaycanda son illərdə Aşura günü keçirilən arzuolunmaz ayinlərə yol verilmir. Əvvəllər, Bakının kəndlərində, Gəncədə, Sabirabadda və ölkənin başqa şəhərlərində çox təlatümlü, kütləvi və qorxuducu mərasimlər icra edilirdi. İndi bunun qarşısını alıblar. Rusiya dövləti də öz ərazisində bu cür kütləvi ayinlərin baş tutmaması üçün müəyyən qadağalar qoyub. Səbəbi də odur ki, Aşura ayinlərindəki baş yarmalar, qan axıtmalar, zəncir vurmalar çirkin və barbar mənzərə formalaşdırır”. Ekspert bildirib ki, normal, sivil cəmiyyətlərdə belə şeylərə yol vermirlər. Ona görə də Moskvanın Ruhani İdarəsi şiələrin Aşura yürüyüşlərini qadağan edir: "Buna baxmayaraq, radikal şiələr qoyulan qadağalara məhəl qoymurlar və nəticədə digər sələfi-sünni təriqət mənsubları ilə qarşı-qarşıya gəlirlər. Nəzərə almaq lazımdır ki, Moskvada, ümumiyyətlə, Rusiyanın əksər vilayətlərində yaşayan müsəlmanların çoxu sünni məzhəbinə qulluq edirlər. Onların çoxu radikal sünnilərdir. Yaşanan olaylar göstərir ki, azlıq təşkil edən şiələrin Aşura ayinləri çoxluğu təmsil edən vəhhabilərdə qıcıq yaradır”. İ.Altayın sözlərinə görə, Rusiyada yaşayan, işləyən azərbaycanlıların demək olar ki, hamısı şiə məzhəbinin təəssübkeşləridir: "Bir tikə çörək pulu qazanmaq üçün Rusiyaya yollanan soydaşlarımız öz işləri məşğul olsalar, daha yaxşı olar. Onların sünni-şiə qarşıdurmasına cəlb edilməsi, radikal qrupların təsiri altına düşməsi yolverilməzdir. İnsanlar daimi və ya müvəqqəti yaşadıqları ölkənin qayda-qanunlarına riayət etməlidir. Azərbaycanda baş yarmaq, zəncir vurmaq hadisəsini çox izləmişik, gözümüz buna alışıb. Amma rus cəmiyyəti üçün belə şeylər yad və qəbuledilməzdir”. Kriminalist gündəmə gətirilən bir məsələyə də diqqət çəkib: "Əgər ABŞ-ın Rusiyanı parçalamaq üçün ölkədə dini qarşıdurma yaratmaq niyyəti varsa belə, bunun baş tutması real deyil. Çünki azlıq şiələrlə və çoxluq sünnilər arasında böyük miqyasda qarşıdurma yarana bilməz. Qarşıdurma yaratmaq üçün tərəflərin sayları, qüvvələr biri-birinə bərabər olmalıdır”.
İsmayıl