Türkiyədən Moskvaya uçan 10 təyyarə “Vnukovo” hava limanında tətbiq edilən təhlükəsizlik məhdudiyyətləri səbəbindən geri dönüb.
Sherg.az TASS-a istinadən xəbər verir ki, Polşa, Litva və Belarusun hava məkanında, eləcə də Rusiyanın Pskov vilayəti üzərində olan təyyarələrin ekipajları marşrutu dəyişərək Türkiyəyə qayıtmaq qərarına gəliblər.
Söhbət İstanbul, Antalya, İzmir və Dalaman şəhərlərindən Moskvaya uçan reyslərdən gedir.
Bundan əvvəl Moskvanın “Vnukovo”, “Domodedovo” və “Jukovski” hava limanlarında da məhdudiyyətlər tətbiq olunub. Nəticədə Rusiya paytaxtına uçan 30-dan çox təyyarə başqa şəhərlərdə eniş edib.