QHT-lərdən Prezidentə və beynəlxalq təşkilatlara MÜRACİƏT
09:54 06.04.2016
Arxiv
583
"Xahiş edirik, torpaqların azad olunması istiqamətində işi davam etdirəsiniz"
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə cəbhədəki son vəziyyətlə bağlı QHT-lərin geniş toplantısı keçirilib.
APA-nın xəbərinə görə, toplantıda prezident İlham Əliyevə, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin prezidentlərinə müraciətlər qəbul olunub.
Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə erməni təxribatına cavab olaraq Azərbaycan Ordusunun apardığı əməliyyatlardan bəhs edilib, belə bir peşəkar ordunun formalaşması və ortaya qoyulan qətiyyətə görə ölkə prezidentinə təşəkkür olunub.
Müraciətdə qeyd edilib ki, əgər Ermənistan elan olunan atəşkəs dövründə nəticə çıxarıb, Azərbaycan torpaqlarını işğaldan azad etməsə, müvafiq addımlar atılmalıdır: "Ümid edirik ki, nəticə olacaq və torpaqlarımız azad ediləcək. Əks halda sizdən xahiş edirik ki, torpaqların azad olunması istiqamətində işi davam etdirəsiniz. QHT-lər bu yöndə sizin hər bir addımı dəstəkləyir”.
BMT baş katibi, ATƏT sədri, ATƏT Parlament Assambleyasının sədrinə,NATO baş katibinə, AŞPA prezidentinə, Avropa Parlamentinin sədrinə, Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinə ünvanlanan müraciətdə 20 ildən artıq müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistana qarşı heç bir təsirli addım atılmadığı vurğulanıb: "Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün mühüm addımlar atılmasını istəyirik”.
Tədbirdə o da bildirilib ki, ABŞ Konqresinin saytında Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı dəstək petisiyası açılacaq, QHT-lər həmin petisiyada fəal iştiraka dəvət olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya