QHT Şurası kənd yerlərində yaşayan qadınların məşğulluğunun artırılmasını dəstəkləyir
16:43 13.05.2019
Arxiv
683
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi "Kənd yerlərində yaşayan qadınların məşğulluğunun artırılması məqsədilə sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı layihəyə start verib.
"Sherg.az" xəbər verir ki, layihə Tovuz rayonunun kəndlərində yaşayan gənc qızların əl bacarıqlarının üzə çıxarılacağından, onların məşğulluğunun artırılması məqsədilə sahibkarlıq fəaliyyətlərinə dəstəkdən və onlara bacarıqlarına uyğun yaradılacaq bərabər imkanlardan bəhs edir. Respublikada sahibkarlığın inkişafına yönəldilmiş dövlət tədbirləri nəticəsində münbit sahibkarlıq mühiti formalaşır və bu mühit qadın iştirakçılığının artırılmasına xüsusi diqqət ayırır.
Qadın sahibkarların "Yoxsulluğun Azaldılması üzrə Dövlət Proqramı”nda nəzərə tutulmuş məqsədlərə müvafiq olaraq məşğulluğun artırılması və iqtisadi inkişaf prosesində iştirakı getdikcə artır. Ölkəmizdə qadın sahibkarlığının inkişafında ciddi irəliləyişə baxmayaraq, gender bərabərliyinin inkişafını ləngidən bir sıra çətinliklər mövcuddur. Regionlarda yaşayan qadın və qızların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün onlarla görüşlərin keçirilməsi və müzakirələrin aparılması vacibdir. Məhz bunun nəticəsində kənd yerlərində yaşayan qadınların iqtisadi və vətəndaş həyatındakı uğurlarına nail olmaq mümkündür. Onların bacarıqlarını üzə çıxarmaq, sahibkarlıq fəaliyyətlərinə cəlb edərək dəstək vermək qazanılan uğurun başlanğıcı deməkdir.
Layihənin əsas məqsədi - kənd yerlərində yaşayan qadın və qızların bacarıqlarının üzə çıxarılması və onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasıdır.
Pilot layihə kimi həyata keçirilən bu layihə gələcəkdə digər rayonların qəsəbə və kəndlərində yaşayan qadın və qızların da bacarıqlarının üzə çıxarılması məqsədilə davam etdiriləcək. Kənddə yaşayan qadın və qızlarımızın ilk növbədə özlərinə qarşı münasibəti dəyişəcək. Belə ki, onların dünyagörüşü, özlərinə qarşı güvənləri artacaq. Öz maddi tələbatlarını ödəmək iqtidarında olacaqlar. Bu da onlara qarşı ailələrinin münasibətinin dəyişməsinə səbəb olacaq. Artıq onlar ailəyə yük deyil, maliyyə dəstəyi olacaqlar. Həmçinin cəmiyyətin onlara münasibəti daha fərqli olacaq. Yəni artıq o xanımlar müəyyən statusa, işgüzar qadın statusuna nail olacaqlar.
4 ay müddətində Tovuz rayonunda həyata keçiriləcək layihə çərçivəsində 80 qadına sosial sahibkarlıq, maliyyə savadlılığı və biznes planlarının hazırlanması sahəsində təlimlər keçiriləcək və ən uğurlu biznes planı hazırlayanlara (5 nəfərə) bizneslərini daha da genişləndirmək üçün ehtiyacları olan avadanlıqların hədiyyə olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
12:29 17.05.2026
Hadisə
Mixail Zabelin vətəndaşların problemləri ilə maraqlanıb
12:04 17.05.2026
Aktual
Arı zəhəri süd vəzi xərçəngini məhv edir - Yeni elmi iddia
11:47 17.05.2026
Sağlamlıq
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
11:30 17.05.2026
Gündəm
Türk xalqları bu gün yenidən öz tarixi missiyasına qayıdır - ŞƏRH
10:57 17.05.2026
Gündəm
Tam 27 ton: Yeni dinozavr növü aşkar edilib
10:55 17.05.2026
Tarix
İrandan Hörmüz boğazı ilə bağlı yeni mexanizm
10:49 17.05.2026
Dünya
Qorxulu icad - Düşüncələri mətnə çevirəm papaq
10:35 17.05.2026
Sağlamlıq
Artıq uşaqlara DÜZ OTUR deməyəcəksiniz
10:27 17.05.2026
Sağlamlıq
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
10:15 17.05.2026
Gündəm
Zimbabvenin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
10:05 17.05.2026
Gündəm
Biz Ukrayna üçün çox iş görmüşük - Çinin xarici işlər naziri
09:52 17.05.2026
Dünya
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
09:51 17.05.2026
Cəmiyyət
Rusiya iqtisadiyyatı 3 ildən sonra ilk dəfə kiçildi
09:44 17.05.2026
Dünya