Qızıl medallı güləşçimizdən Prezidentə əsgər salamı

Rəsul Çunayev Azərbaycana üçüncü qızıl medalı qazandırdıFinalda macarıstanlı Balint Korpasi ilə üz-üzə gələn idmançımız qələbə sayəsində Avropa Oyunlarının qızıl medalına sahib çıxıb - 4:2
Yunan -Roma növü üzrə güləş yarışının final mərhələsinə qatılacaq idmançılarımızın adları məlum olub. "Şərq”.az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında baş tutacaq yarışda pəhləvanlarımız qızıl və bürünc medal uğrunda mübarizə aparacaqlar. 59 kq çəki dərəcəsində bürünc yarışacaqhəmyerlimiz Elman Muxtarov erməni həmrakı Roman Amoyanla güləşəcək. Bundan başqa 71 kq çəkidə qızıl medal uğrunda gücünü sınayacaq güləşçimiz Rəsul Çunayev macarıstanlı Balint Korpasi ilə mübarizə aparacaq. 80 kq çəkidə qızıl medal uğrunda xalçaya çıxacaq idmançımız Rafiq Hüseynov rusiyalı Yevgeni Salayevlə görüşəcək. 99 kq çəki dərəcəsində bürünc medal uğrunda mübarzə aparacaq pəhləvanımız Orxan Nuriyevin isə rəqibi türkiyəli Cenk İldəmdir.
.........
Yunan roma güləş növü üzrə 71 kq çəki dərəcəsində qızıl medal uğrunda gücünü sınayan idmançımız Rəsul Çunayev Macarısatnlı rəqibi Balint Torpasi ilə qarşılaşıb. 4 :2 xal hesabı ilə nəticələn görüşdə pəhləvanımız qalib gəldi. Beləliklə güləşçimiz Birinci Avropa Oyunları fəxri kürsüsünün ən yükəsk pilləsinə yüksəldi.
Görüş, idmançımızın hərbi sıra yerişi ilə addımlayıb, ölkə baçısı cənab İlham Əliyevə hərbi salam verməsi ilə yadda qaldı. Güləşçimizin jestinə cavab olaraq ölkə baçısı da ayağa qalxıb, idmançımızı salamladı.
Məlumat üçün İlk Avropa Oyularında Yunan- Roma güləşi üzrə ölkəmizə ilk qzıl medalı R.Çunayev qazandırdı.
Ayyət,
İsmayıl