Qızının üzərinə benzin töküb yandırmaq istədi

İddiaya görə bir qrup tərəfindən evinə hücum olan və təhdidlər aldığı üçün evinə girə bilməyən Sərdar G., altı yaşındakı qızının üzərinə benzin töküb səsini eşitdirməyə çalışdı.
İzmirdə əlində benzin bidonu, yanında kiçik bir qız ilə gözləyən və qışqıran adamı görən ətrafdakılar vəziyyəti polisə bildirdi. Hadisə yerinə gələn polisi yanına buraxmayan şəxs, "Məni dövlət yox sayır” deyə qışqırmağa başladı. Adının Sərdar G. olduğu öyrənilən şəxs, əlindəki benzin bidonunu 6 yaşlarındakı qızının üzərinə töküb, əlindəki alışqanı göstərərək "Qızımı yandırıram” dedi.
İddiaya görə bir qrup tərəfindən evinə hücum olan və təhdidlər aldığı üçün evinə girə bilməyən Sərdar G., altı yaşındakı qızının üzərinə benzin töküb səsini eşitdirməyə çalışdı.
İzmirdə əlində benzin bidonu, yanında kiçik bir qız ilə gözləyən və qışqıran adamı görən ətrafdakılar vəziyyəti polisə bildirdi. Hadisə yerinə gələn polisi yanına buraxmayan şəxs, "Məni dövlət yox sayır” deyə qışqırmağa başladı. Adının Sərdar G. olduğu öyrənilən şəxs, əlindəki benzin bidonunu 6 yaşlarındakı qızının üzərinə töküb əlindəki alışqanı göstərərək "Qızımı yandıram” dedi. Polis müdiri Sərdar G. ilə danışmağa başladı. Sərdar G. onu razı salmağa çalışan polisə, "Mənim Qarabağlar Eskiizmirdə evim var. Keçmiş iş yerimin sahibi məni dükandan atdıqdan sonra evimə sivaslılarla hücum etdi. Həyat yoldaşım və uşaqlarım çətinliklə xilas oldu. Evimə 4 aydır girə bilmirəm. Dövlət mənə sahib çıxmır. Polis məni evimə qoymur, hadisə çıxacaq deyə. Mən nəyəm burada” deyə qışqırdı. Səsinin eşidilməsi üçün qızını fəda edəcəyini söyləyən Sərdar G., qızının qolundan çəkib sağa sola hərəkət etdi. Bu zaman xilasetmə qrupları və sağlamlıq qrupları ola biləcək bir yanğına qarşı hazır oldu.
Polis müdiri ilə Sərdar G. danışarkən üzərinə benzin tökülən qız gözyaşları içərisində qaldı. "Ata, ata” deyə ağlayan qız, atasının əlindəki alışqanı uzaqlaşdırmaq üçün əli ilə atasının əlini itələməyə çalışdı. Təxminən bir saat davam edən razı salma səylərindən sonra Sərdar G. əlindəki benzin bidonunu və alışqanı yerə atdı. Ağlayan qız təcili yardıma aparmaq istəyən sağlamlıq qruplarına müqavimət göstərərək, "Mən atamı çox sevirəm. Ata, ata” deyə ağlayıb təcili yardıma minməmək üçün müqavimət göstərdi. Sərdar G., gözyaşları içərisində polis maşınına mindi. Balaca qız daha sonra təcili yardımdan alınıb atasının yanına verilərkən az əvvəl onu yandırmağa çalışan atasına sarılıb ağladı. Sərdar G. və qızı ifadəsi alınmaq üçün Polis Mərkəzinə aparıldı. Hadisələ əlaqədar istintaq başladıldı.