QNET yeni məhsullarını təqdim etdi: Sağlamlığın açarı... - Video





QNET şirkəti SUN və MOON adlı yeni məhsullarını təqdim etdi. Bunlar hüceyrələri vacib olan vitaminlərlə və qida maddələri ilə zənginləşdirən insan orqanizmi üçün səhər (SUN) və axşam (MOON) lazım olan unikal hüceyrə səviyyəli qida əlavələrdir.

Sağlamlıq- uzun və xoşbəxt ömrün açarıdır. Sağlamlığın açarı isə insan orqanizminin ən kiçik hissəsi olan hüceyrədədir. SUN və MOON-un tərkibləri hər bir hüceyrəni kompleks şəkildə sağlamlaşdırması və qidalandırması üçün bir-birini tamamlayır.

Səhər və axşam vaxtlarında insan orqanizminin tələbatları bir-birindən fərqlənir, buna görə bu məhsulların aktiv maddələri iki yerə ayrılmışdır, SUN və MOON. SUN-un elementləri səhər vaxtlarında hüceyrələri optimal oyanışı ilə MOON-un tərkibindəki elementlər isə orqanizminizin hüceyrələrinin gün ərzində məşğuliyyətlərdən sonra reqenerasiyası ilə təmin edir.

SUN/GÜNƏŞ

Səhərlər suda həll edilmiş bir paket SUN-u qəbul etmək orqanizmin fəaliyyətini yaxşılaşdırır. Təravətləndirici nar, mərcanı və asai dadlı bu giləmeyvəli içki hüceyrələrinizi aktivləşdirəcək və gün boyu sizi enerji ilə təmin edəcək.

MOON/AY

Bu əlavə sizin hüceyrələrinizi gecə boyunca reqenerasiya üçün lazım olan qida maddələri ilə təmin etmək üçün nəzərdə tutulmuşdur. Ləziz nanə və apelsin dadlı MOON orqanizmi sakitləşdirən və fəaliyyətini balanslaşdıran vitaminləri və mineralları özündə cəmləşdirir. Sink orqanizmdə turşu balansını tarazda saxlamaqda köməklik edir və karbohidratların, yağların requlyar olaraq mübadiləsini təmin edir.

SUN və MOON özündə orqanizminizin qeydinə qalmağınıza yardımçı olan B12 vitamini, dəmir, maqnezium, koenzim Q10, xolin, L-karnitin, riboza, fermentlər, amin turşuları, mikroelementlər və bitki ekstraktları kimi çoxlu dəyərli inqridiyentləri cəmləşdirir.

•Bədənin enerjisi – maqnezium, riboflavin, B12 vitamini və dəmir yorğunluğu aradan qaldırır və orqanizmin fəaliyyət keyfiyyətini artırır.
•Sağlam hüceyrələr – orqanizmi hüceyrələrin bölünmə prosesi üçün çox vacib olan dəmir, maqnezium, sink və B12 vitamini ilə təmin edir. A vitamini həmçinin hüceyrələr üçün çox əhəmiyyətlidir.
•Konsentrasiya – pantoten turşusu iş qabiliyyətini artırır, eyni zamanda dəmir və sink koqnitiv funksiyalarını dəstəkləyir.
•Sümüklərin möhkəmləndirilməsi – kalsium, maqnezium və D vitamini sümüklərin və dişlərin sağlamlığı üçün yüksək əhəmiyyət kəsb edir.
•Gözəllik və qüvvə - sink və selenium bir tərkibdə saçların və dırnaqların sağlamlığını təmin edir. Mis və manqan birləşdirici toxumaların böyüməsini dəstəkləyir.
•Əzələlərin inkişafı – maqnezium və kalsium əzələ funksiyasını dəstəkləyir və daha uzun müddət ərzində aktiv olmağınıza köməklik edir.

Əlavələr Almaniyada istehsal olunur və ən yüksək keyfiyyət standartlarına cavab verir. Tərkibi yalnız təbii bitki ekstraktlarından ibarətdir, bu da veqetarianlar və veqanlar üçün belə uyğundur. Məhsulun tərkibində qlyuten və laktoza yoxdur.
SUN və MOON məhsullarının individual istifadəsinin nəticələri fərqlənə bilər.

Bu məhsullar müəyyən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmayıb.