Qonşusu məhkəməyə verdi

Sekslə məşğul olarkən qışqırması qadağan edildi



İngiltərədə Gemma Vale adlı gənc qadının sekslə məşğul olarkən qışqırması məhkəmə qərarıyla qadağan edildi. Bu qadağanı pozsa hər dəfə üçün Gemma Vale 2 həftə həbs çəkəcək.

Qeyri-adi hadisənin qəhrəmanı 23 yaşlı Gemma Vale 29 yanvar, 2015-ci il tarixində səhər saat 5 radələrində evində sekslə məşğul olarkən qışqırıqları yan qonşusunun evinə qədər gedincə olanlar oldu. Həddindən artıq dərəcədə yüksək səs çıxaran gənc qadının ayrıca seks məzmunlu cümlələri sanki qonşusunun evinin içində eşidilirdi. 40 yaşlı Ghazala Bibi yaşanan hadisədən ötəri yata bilmədiyi və narahatlıq duyduğu üçün qonşusu Gemmadan şikayət etdi. 10 dəqiqə boyunca bitməyən qışqırıqlar və təkrar təkrar deyilən cümlələrə dözə bilməyən Ghazala Bibinin şikayətinin ardından Gemma Vale məhkəməyə çıxarıldı. Gemma olduqca qeyri-adi hadisəyə görə cəza aldı. Bundan sonra gənc qadının sekslə məşğul olduğu zaman qışqırması qadağandır. Əks halda 2 həftə həbsdə qalacaq. Eyni vəziyyətin təkrarlanması halında cəzası da təkrarlanacaq.