Qonşusuna inandı, iflic oldu - FOTOLAR

Bel yırtığını çəkic və paya ilə müalicə etmək istədi
İstanbulda bel yırtığından əziyyət çəkən Temel Aykut, ağrıları şiddətlənincə qonşusunun "Qara həkim dərdinə dərman olar” sözünə inandı, şəfaçıya getdi. Türk mediasının məlumatına görə, "Qara həkim” ləqəbli adamın çəkic və paya ilə başladığı müalicə üsulu xəstənin iflicinə səbəb oldu. Aykutun həyatını kabusa çevirən o üzdəniraq müalicə üsulunun görüntüləri adamı dəhşətə salır...
Show TV-də yer alan xəbərə görə, "Qara həkim” onu yerə uzadıb, əvvəlcə sərt bir şəkildə masaj edib, daha sonra çantasından paya və çəkic çıxardıb guya müalicəyə start verib.
Bu zaman Aykutun ağrıları daha da şiddətlənib. Aykut, ağrılar içində qışqırıb, şəfaçı isə "Dayan, yeni başlayırıq, fiziki müalicə aparırıq” deyib.
Çəkiclə sanki taxtaya vuran kimi vuran "Qara həkim” Temel Aykutu daha pis vəziyyətə salıbvə hələ buna görə xəstəsindən pul da aldı.
Nəhayyət ağrıları daha da şiddətlənən Aykut yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətin ciddiliyi də bu zaman ortaya çıxıb. Məlum olub ki, Temelin damarları zədələnib və iflic keçirib.
Temel Aykut, "Qara həkim” ləqəbli şəfaçıdan şikayətçi olub.