
Qoparan yandı: Cəzası 60 min... - FOTOLAR
19:30 30.04.2019
Arxiv
885
Türkiyənin Manisa bölgəsindəki Spil Dağı Milli Parkında yetişən "Manisa Laləsi", havaların istiləşməsiylə üzünü göstərdi.Sherg.az türk mediasına istinadən xəbər verir ki, ətraf-mühitin qorunması qanununa görə muhafizə olunan lalənin qoparılmasının cəzası 60 min 163 lirədir.
Spil dağında yetişən "Manisa Laləsi" üçün əvvəllər qanun hazırlanıb. Nəsili təhlükə altındakı lalələrin çiçəklərinə və ya soğanlarına zərər verilməməsi üçün pul cəzası tətbiq olunmağa başlanıb. 2872 saylı ətraf-mühitin qorunması qanununa görə keçən il 48 min 625 lirə olan cəzanın miqdarı bu il 60 min 163 lirəyə qalxıb.

Lalə ilə birlikdə soğanını yığan vətəndaşlara da eyni miqdarda pul cəzası kəsiləcək. "Manisa Laləsi"ni görmək istəyən çiçəksevərlər bölgəyə axın etməyə başlayıb. Spil dağındakı lalələri görmək və şəkil çəkmək üçün 10 ildir bölgəyə gəldiyini ifadə edən Şükrü Sezər, "Manisamızın sanki simvolu olan "Manisa lalələri"ni hər il gəlib fotolarını çəkirik. Bura Manisanın qoruma altına alınmış bir bölgəsidir. "Manisa lalələri"ni qoparanlara tətbiq olunacaq cəza qanunundan çox məmnunuq. Gələcək nəsillərimizin də "Manisa laləsi"ni bilməsini istəyirik. Bu cəzanın qorxusu heç olmasa insanları laləni qoparmaqdan daşındıracaq"- deyə bildirir.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya