Qorxunc detal üzə çıxdı: Ankara terrorunda 300 kilo partlayıcıdan istifadə edilib





Ankaradakı terror aktında istifadə edilən avtomobildə TNT, RDX, amonyum nitrat və bal mumu qarışığı  300 kiloqramlıq partlayıcı qurğusunun olduğu təsbit edildi.
Təhlükəsizlik səlahiyyətlilərdən alınan məlumata görə, 13 mart bazar günü Qızıl aypara Güvenpark yaxınlığında reallaşdırılan terror hücumundan sonra başladılan istintaqda, istifadə edilən partlayıcı növü və miqdarı təyin olundu.
Partlayışın ardından hadisə yerində, sonrasında hücumda istifadə edilən maşında aparılan araşdırmada, ilk təsbitlərə görə, hücumda TNT, RDX, amonyum nitrat və bal mumu qarışığı 300 kiloqramlıq partlayıcı qurğudan istifadə edildiyi təsbit edildi.

Avtomobilin  içərisində partladılacaq şəkildə hazırlanan qurğunun hadisə anında qadın terrorçu tərəfindən hərəkətə keçirildiyi vzlum olub.
İstintaq daxilində təşkil edilən əməliyyatlarda nəzarətə alınan 12 adamın sorğularının davam etdiyi, şübhəlilərdən V.Cin, Şanlıurfa Viranşehir mahalı Bələdiyyə başçısının qardaşı olduğu qeyd edildi.