Qrip infakt və insult riskini artırır- DİQQƏT




Qrip infakt riskini gücləndirir 

Sherg.az-ın xəbərinə görə, həkimlər çoxdan diqqət yetiriblər ki, infakt və insultların əksəriyyəti qışda baş verir. 

Böyük Britaniya alimlərinin son tədqiqatları sübut edir ki, qrip və tənəffüs yollarının infeksiyaları bu ürək damar zədələnmələrinin inkişaf riskini artırır. Alimlər iki milyon pasient barədə informasiyanın toplandığı məlumat bazasını araşdırıblar. 

Məlum olub ki, qrip,bronxit və ya pnevmoniyaya tutulandan sonra ilk həftədə infakt və insult riski iki dəfə artır. Vaxt keçdikdcə bu göstərici aşağı düşür və bir ayın tamamında əvvəlki göstəriciyə qayıdır. Qripli xəstə üçün ürək-damar ağırlaşmalarının mütləq riski 2%-dən artıq deyil. 

Amma bu göstəriciləri cəmləşdirəndə kifayət qədər mühüm rəqəm alınır. Belə qarşılıqlı əlaqənin səbəbi aydın olmasa da tədqiqatçıların fikrincə, tənəffüs yollarının infeksiyası trombların yaranması riskini artıraraq qanın laxtalanmasına təsir göstərir.

 Aysel Aslan