Quba məzarlığında abidə inşa olundu






Quba Soyqırımı Memorial Kompleksinin ərazisində yerləşən kütləvi məzarlıqda abidənin inşası başa çatıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, ərazidə 1918-ci ildə ermənilərin törətdiyi soyqırımı əks etdirən memorial lövhə və abidə ucaldılıb.
Abidənin açılışı 31 Mart Azərbaycanlıların soyqrımı günü nəzərdə tutulub. Hazırda ərazidə son tamamla və 31 Mart tədbirlərinə hazırlıq işləri davam etdirilir.

Qeyd edək ki, vaxtilə ermənilər tərəfindən vəhşicəsinə, qeyri-insani şəkildə öldürülənlərin toplu məzarlığında müəyyən yenidənqurma işləri aparılıb, azərbaycanlılarla yanaşı, digər millətlərə də aid olan insan sümükləri milli və dini adətlərə uyğun olaraq torpağa basdırılıb, qorunmaq üçün məzarlığın üstü örtülüb.