Qüdrət Həsənquliyev: "Hakimlərin sayı iki dəfə artırılsın"
10:49 13.11.2017
Arxiv
493
"Azərbaycanda hakimlərin sayı ən az iki dəfə artırılmalıdır”.
APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.
Cəmiyyətdə vəkil və hakimlərin sayının uzun müddət müzakirə olunduğunu deyən Q. Həsənquliyev bildirib ki, Azərbaycanda bütün kateqoriya üzrə 555 hakim ştatı var: "Bunun 49-u vakansiyadır. Burda təqribən 500 hakim qalır. Ədliyyə naziri Fikrət Məmmədov deyib ki, Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür. Orta Avropa göstəricisində isə bu, 100 min nəfərə 20 hakimdir. Son illərdə məhkəmə işlərinin sayı 20 dəfə artıb, ildə 470 min işə baxılır. 470 min işi və iş günlərini nəzərə alsaq, məlum olur ki, bir hakim gün ərzində 4-5 işə baxır. Burada hansı keyfiyyətli işə baxmaqdan söhbət gedə bilər? Biz bilirik ki, iqtisadiyyatın inkişafı üçün ədalət mühakiməsi olmasa, heç bir xarici investor ölkəyə investisiya qoymayacaq. Məhkəmələrə ayrılan vəsait iqtisadiyyatın inkişafına töhfə verəcək. Hakimlərin sayı ən az 2 dəfə artırılmalıdır ki, heç olmasa Avropa göstəricilərinin 50 faizinə çataq. Vəsaiti haradan ayıraq? Hesab edirəm ki, idman obyektlərinin tikintisini təxirə salmaq lazımdır. Qış aylarında rayonlarda olimpiya komplekslərini çoxu fəaliyyətini dayandırır. Səhiyyə ocaqları və ali məktəblərin tikintisinə 20 milyon manat vəsait ayrılır. Niyə biz yeni ali məktəblər tikməliyik, olanları da özəlləşdirməliyik?”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi