Qulağından çıxdı: Hörümçək qorxusu olanlar oxumasın

ABŞ-da yaşanan hadisədə qulaq ağrılarına dözə bilməyən bir adam qulağının içindəki böyük hörümçəyi görüncə şok oldu. Bruce Branitin qulağı göldə üzdükdən sonra qorxunc bir şəkildə ağrımağa başladı.
Ağrıya və qaşıntılara dözə bilməyən adam cib telefonu kamerasından istifadə edərək qulağına nəzarət etməyə qərar verdi. Ancaq bir anda qulağının içindən çıxmağa çalışan qapqara böyük hörümçəyi görüncə nə edəcəyini bilmədi. Videoya çəkdiyi görüntünü Youtub-a yükləyincə ilk gün 85 mindən çox adam tərəfindən izlənildi. Videodan o qədər narahat olanlar vardı ki, biri "Bu düşüncəyə dözə bilmirəm. Artıq qorxudan qulaqlıq taxmadan yata bilmirəm” şərhini etdi. Ancaq videonun saxta olduğunu düşünənlər də yox deyil. Keçən il bənzər bir hadisə ingilis müğənni Katie Meluanın başına gəlmişdi. Qulağındakı ağrının səbəbinin gənç qadının qulağına girmiş hörümçək olduğu aydın olmuşdu. Müğənniyə görə mahnı oxuyarkən taxdığı qulaqcıqlıqlardan birinin içində olan bu hörümçək qadının qulağına girmişdi. Çünki verdiyi konsert zamanı qulaqlıq istifadə etdikdən bir müddət sonra qulağında bir xışıltının fərqinə varmışdı. Melua qulağındna çıxan qara hörümçəyin fotoşəkilini ictimai media hesabından paylaşmışdı.