Qulaq çubuğu zərərlidir

Professor vədəndaşları ehtiyatlı olmağa çağırdı




Çukurova Universitetinin professoru Dr. Mete Kıroğlu, qulaq təmizləmə çubuqlarından uzaq dayanılmasını istədi. Mete Kıroğlu, istilərin artmasıyla insanların daha çox duşa girdiyini, hovuz və dənizdə sərinlik axtardığını söylədi.

Professor, "İnsanlar ümumiyyətlə duş və hovuz sonrası pambıq sarılı təmizləmə çubuqlarıyla qulaqlarını təmizləməyə çalışır. Bu doğru deyil. Bu çubuqlar qulağın kənarında faydalı olan qoruyucu ifrazatı götürərək, burada iltihab yaranmanı asanlaşdırar” dedi. Təmizlik məqsədiylə istifadə edilən pambıqlı çubuqların qulağa daha çox zərər verdiyini bildirən Kıroğlu, bunları dedi: "Məlumatsız insanlar təmizliyə çalışarkən qulaqlarına daha çox zərər verir. Çünki bu çubuqlardan istifadə edilərkən, qulaqdakı "buşon” deyilən iri çirklər də fərqində olmadan irəli doğru itələnilərək qulaq pərdəsinə yapışdırılır. Qulağınız yaşdısa və bundan narahatlıq hiss edirsinizsə dəsmalın köməyiylə quruda bilərsiniz, amma bu çubuqlardan uzaq durun.