Qurban Qurbanovun Azərbaycan yığmasında debüt vaxtı açıqlandı
12:20 03.11.2017
Arxiv
486
Bu gün Azərbaycan millisinin baş məşqçisi postuna təyin olunan Qurban Qurbanovun postunda debüt vaxtı bəllidi. Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssisin yığmanı çıxaracağı ilk qarşılaşmanın tarixi FİFA-nın təqvimində də əksini tapıb.
Belə ki, milli komandaların görüşləri ali futbol qurumunun təqviminə əsasən keçirilir. Burada oyunlar üçün növbəti "pəncərə” noyabrın 6-14-nü əhatə edir.
Lakin öncədən elan olunduğu kimi, millimiz bu ay heç bir oyuna çıxmayacaq. Həm də hələlik baş məşqçi postunun sahibi sayılan Robert Prosineçki yalnız müqaviləsi başa çatandan sonra postu Qurbanova verəcək. Noyabr "pəncərə”si isə məhz xorvatiyalının dövrünə təsadüf edir.
Yeni baş məşqçi üçün ilk imkan isə 2018-ci ilin martında olacaq. Həmin ayın 19-27-də milli komandaların oyunları üçün ilin ilk "pəncərə”si açılacaq. Qurbanovun da millidəki rəsmi debütü bu tarixə təsadüf edəcək.
Düzdü, tarixə nəzər salsaq, futbol ənənəsi ilə seçilməyən ölkələrin yığmaları bu çərçivədən də kənara çıxır. Elə yığmamız da dəfələrlə "pəncərə”dən kənar matçlar keçirib. Həmin görüşlər adətən FİFA tərəfindən də tanınmır. Qarşılaşmaların tanınması üçün hər iki federasiya – həm AFFA, həm yığmanın rəqibini təmsil edən assosiasiya dünya futbol qurumuna müraciət etməlidi.
Amma yığmamızın adəti üzrə belə oyunlar keçirdiyi yanvarın sonu – fevralın əvvəlində klublarımız Premyer Liqaya hazırlaşacaq. Artıq yığmada klubda çalışan mütəxəssis işlədiyindən milli üçün çempionatın qurban verilməsi də inandırıcı deyil. Bu isə o deməkdi ki, AFFA "pəncərə” qaydasına əməl edəcək və debüt martın 19-27-də gerçəkləşəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual