Qurtuluş: Yuxu xəstəliyinə tutulan kəndin sirri həll edildi





Qazaxıstanın Rusiya sərhədində yerləşən Kalaçi kəndində yaşayanlar uzun müddətdir "yuxu” xəstəliyinə tutulmuşdu. Kənd sakinləri son 3 ildir günlərlə yatmalarına baxmayaraq "yarı oyanıq” qalxır, həddindən artıq cinsi arzu hissi yaşayır, yuxular görür və anidən huşlarını itirirdilər.

Elm insanları, Kalaçi kəndində yaşanan bu vəziyyətə bir məna verə bilmirdilər.

2012-ci ildə başlayan və 160 insanın həyatına düşən və Kalaçi kəndinin "yuxu dəliyi” olaraq xatırlanmasına səbəb olan əsrarəngiz hadisənin sirri həll edildi.
Kalaçi kəndi və ətrafında uzun sürən araşdırmalar sonrası, kənd sakinlərinin həyatını böyük bir kabusa çevirən hadisənin səbəbinin tərk edilmiş bir uran mədən olduğu ortaya çıxdı.
Sovetlər Birliyi dövründə Kalaçi kəndinə yaxın bir bölgədə olan Krasnoqorsk qəsəbəsində uran çıxarılırdı. Ancaq uran çıxarılan mədən ocağı illərcə tərk edilməsinə baxmayaraq ətrafına zəhər axmağa davam edirdi.

Tərk edilmiş uran mədən ocağının tapıldığı bölgə və ətrafında karbon 4 oksid nisbətinin normaldan 10 dəfə çox olduğu, bu vəziyyətin bölgədə yaşayan insanlara mənfi təsir etdiyi bildirilir.

Uzun sürən araşdırmalar sonrası Kalaçi kəndindəki "yuxu” xəstəliyinin tərk edilmiş uran mədən ocağından qaynaqlandığı təsbit edildikdən sonra Qazaxıstan hökuməti təcili tədbir görməyə başladı.

Kalaçi kəndində yaşayan kənd sakinlərinin azadetmə əməliyyatlarına start verildi. Kənddə yaşayan 223 ailədən 68-i sığınacaqlarla təmin edildi və oradan çıxarıldılar. Digər kənd sakinlərinin də ilin sonuna qədər başqa bir yerə yerləşdirilmələri hədəflənir.

Rusiyanın paytaxtı Moskva və Çexiyanın paytaxtı Praqda aparılan araşdırmalarda, uran mədəninin səbəb olduğu radon qazının bölgədəki yeraltı sulara qarışdığı da təsbit edildi.