Quzu ətinin bahalaşmasına əsas yoxdur
08:18 04.01.2019
Arxiv
809
Əksinə, bayramqabağı qiymətlər aşağı düşməlidir
Qoyun ətindən fərqli olaraq, quzu ətinin qiyməti qalxıb. Hazırda bazarda bir kiloqram quzu ətinin qiyməti 14 manatdır.
Satıcıların sözlərinə görə, qiymətlər bir aya yaxındır ki, qalxıb. Onlar qiymət artımına səbəb olaraq bu aylarda yaşanan quzu qıtlığını əsas gətirirlər. Tələb çox olduğundan bölgələrdə əmlik quzu tapmaq müşkülə çevrilib.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, nazirlik ətin qiymətinin müəyyən edilməsində iştirak etmir. O ki qaldı bölgələrdə yaşanan quzu qıtlığına, nazirlikdən qeyd edilib ki, bu, düzgün yanaşma deyil.
Qiymətin qalxmasına bayram günlərində quzu ətinə tələbin çox olması səbəb ola bilər. Ekspertlər də quzu ətinin bahalaşmasını düzgün hesab etmirlər.
İqtisadçı-ekspert Əkrəm Həsənovun "Şərq”ə açıqlamasına görə, iqtisadi nöqteyi-nəzərdən quzu ətinin qiymətinin artmasına obyektiv bir əsas yoxdur: "Kənd Təsərrüfatı vergidən azaddır. Hesab edirəm ki, Kənd təsərrüfatı naziri də bu gün Azərbaycanın ən yaxşı və dürüst işləyən dövlət məmurlarından biridir. Ona görə bu sahədə qanunvericilik, inzibatçılıq, vergi kimi problemlər mövcud deyil. Məhz bu səbəblərdən fikrimcə, qiymət artımı üçün heç bir əsas yoxdur. Adətən digər ölkələrdə bayramqabağı qiymətlər aşağı düşür, bizdə isə əksinədir. Məncə, bu qiymət artımı sünidir” .
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya