Rafiq Hüseynov müalicə üçün Türkiyəyə qayıtmaqdan imtina etdi
11:43 21.01.2014
Arxiv
759
Xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı: "bir neçə gün idi Rafiq müəllimin fikirləri qarışıq idi"
"Rafiq müəllim əməliyyatdan sonra müayinə və müalicənin Türkiyədə davam etdirilməsinə tərəddüd edirdi”. Bunu Modern.az-a açıqlamasında tanınmış diktor, xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynli deyib.
Onun sözlərinə görə, artıq müalicə və müayinə üçün Rafiq Hüseynov Türkiyəyə getməyəcək:
"Düzü, bir neçə gün idi Rafiq müəllimin fikirləri qarışıq idi. Türkiyə uzaq olduğundan növbəti müalicə üçün ora getməyə tərəddüd edirdi. Ona görə də Türkiyəyə getməyi planlaşdırmırdı. Biz Türkiyədəki nümayəndə heyəti, həkimlə danışırdıq. Lakin son anda Rafiq müəllim Bakıda müalicə olunmasını istədi. Bu gün Əhliman Əmiraslanovla görüşdük. Sabahdan kimya-terapiya Əhliman müəllimin klinikasında aparılacaq. Bildiyiniz kimi, Rafiq müəllimin Türkiyədə əməliyyat xərcini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü. Çox güman ki, müalicə və müayinənin Azərbaycanda da davam etdirilməsi təmənnasız olacaq”.
Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov bir müddət əvvəl ağ ciyər xərçəngindən Türkiyədə əməliyyat olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya