Ramil Şeydayev “Lokomotiv”ə qarşı oyuna çıxıb






Rusiya Premyer-liqasında 4-cü turunda "Krılya Sovetov” – "Lokomotiv” matçı keçirilib. Trend-in məlumatına görə, görüş Moskva təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə yeganə qolun müəllifi polşalı Krıxovyak olub.

Qeyd edək ki, azərbaycanlı Ramil Şeydayev 82-ci dəqiqədə meydana çıxıb.