Ramin Əhmədov: Türk dünyası ilə bağlı layihəmiz davamlı xarakterdə olacaq
07:54 08.06.2021
Arxiv
594
“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi uğurla davam edir. Könüllülər tərəfindən onlayn ensiklopediyada türk dünyasına dair məqalələr zənginləşdirilir və yeni məlumatlar yaradılır. Artıq türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə “Vikipediya”da yer alıb. Layihə çərçivəsində bu günədək 250-dən çox məqalə yaradılıb və onlayn ensiklopediyada yerləşdirilib.
Bu barədə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib.
O bildirib ki, layihəyə start verilən gündən könüllülər bu işə çox böyük maraq göstərirlər.
Könüllülər tərəfindən krım-tatar rəqqas, baletmeyster, teatr rejissoru, müasir krım-tatar xoreoqrafiyasının banisi Hüseyn Baqqal, XIV əsr monqol xanlarının kateqoriyası, Monqol platosunda formalaşan Şimali Yuan dövlətinin hökmdarı Elbəy Nigülesügçi xan, Krımın ilk xanı I Hacı Gəray üçün tikilmiş türbə, Krım türbələrinin şablonu, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Əzimova, görkəmli ərəb türkoloqu, tərcüməçi, professor Safsafi Əhməd Qaturi, “Azərbaycan Bayrağı” ordenli şəhid Daşqın Əhmədov, görkəmli qaraçay-balkar yazıçısı Muradın Ölməzin ilk dəfə 1999-cu ildə Nalçikdə yayımlanan, balkar xalqının sürgün həyatından bəhs edən, uşaqlar üçün yazılmış “Rənglənmiş oyuncaqlar” povesti və başqa mövzular haqqında məqalələr yaradılıb.
Ramin Əhmədov layihənin davamlı xarakter daşıyacağını söyləyib.
“Əsas məqsədimiz türk dünyasının tarixini, dəyərlərini təbliğ etməkdir. Könüllülər zəngin və böyük irsi özündə daşıyan tariximizi təbliğ etmək missiyasını şərəflə yerinə yetirirlər. Gələcək nəsillər məlumatları oxuyaraq qürur hissi keçirəcəklər”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm