"Range Rover" qəza törətdi: ölən var




Hacıqabulda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə,Padar kəndi ərazisində Bakı şəhər sakini B.Əlizadə idarə etdiyi "Range Rover” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Xəyal Həmidovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.