Reaksiya: "Turist qaldığı yeri əxlaqsızlıq yuvasına çevirməməlidir"




"Turist hansı oteldə qalırsa, oranı müəyyən nəzarət altında saxlamaq lazımdır ki, əxlaqsızlıq yuvasına çevirməsinlər”.

BunuSherg.az-a Bakıda kef çəkmək istəyən iraqlı turistin əxlaqsız qadınlar tərəfindən soyulmasına münasibət bildirərkən millət vəkili Fazil Mustafa deyib. 

O bildirib ki, ölkənin qanunlarına uyğun əxlaqsızlıq yuvasının saxlanması qadağandır:

"Biz turistə "bunu belə etmə, elə et" deyə bilmərik. Hər hansı oteldə əxlaqsızlıq yuvası varsa, buna nəzarət edən qurumlar münasibət bildirməlidir.

Digər tərəfdən turistlərin soyulması kimi hallara rast gəlinir. Bunun ictimailəşdirilməsi zəruri deyil. Belə hal baş veribsə, dərhal oğurluğa görə, bunu törədən şəxslər məsuliyyət daşımalıdır. Burada başqa bir motiv axtarmağa ehtiyac yoxdur. Biz təlimat verə bilmərik ki, kimsə əxlaqsız həyat tərzi keçirməsin. 

Kimsə başqasını öz otağına çağırıb, nə iş görür, bu qaydaları tənzimləyə bilmərik. Lakin belə hal baş verən otelin təyinatı varsa, təyinatı üzrə fəaliyyət göstərməlidir. Ona görə, müəyyən tədbirlər görülə bilər. Amma biz turistə deyə bilmərik ki, sən bu niyyətlə ölkəyə niyə gəlirsən. Bəlkə o niyyətlə gəlib, həmin niyyətlə də ölkədən gedəcək. Həmin ölkədə turistin əxlaqsızlıq yuvası yaratmasına nə dərəcədə şərait yaradılır, bunun üzərinə düşməliyik.

Qeyd edək ki, ölkəmizə turist kimi səfərə gəlmiş İraq vətəndaşı Manaf Abdulməcid həmin gün tanış olduğu 3 qadını kirayədə qaldığı mənzilə dəvət edib. Qısa tanışlıqdan sonra Manafın hamam otağında olduğu müddətdə həmin qadınlar evi tərk ediblər. Geri qayıdan M.Abdulməcid əl çantasında olan 3000 manat pulunun və "Samsung" markalı mobil telefonunun aparıldığını aşkar edib.

Aysel Aslan