"Real" uduzdu





Çempionlar Liqasında 1/2 finala start verilib. Bu gecə yarımfinalın ilk oyunu baş tutub.
Günün yeganə oyununda "Yuventus" "Real"ı qəbul edib. Turindəki "Yuventus Arena"da baş tutan oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. Hesabı 9-cu dəqiqədə Alvaro Morata açıb. 27-ci dəqiqədə Kriştiano Ronaldo bərabərliyi təmin edib. 57-ci dəqiqədə penaltini qola çevirən Karlos Tevez "Yuventus"a qələbə qazandırıb.
Qeyd edək ki, yarımfinalan ikinci oyunu bu gün keçiriləcək və "Barselona" "Bavariya"nı qəbul edəcək.