Vətəndaşlar forsmajor vəziyyət sayəsində ziyana düşüblər
Reklam oyunudur...
20:47 17.03.2016
Arxiv
736
Doğrudan da banklar kreditlərin əvvəlki faizlərlə ödənilməsinə dair hər hansı addım atmaq istəyirlərsə, bunu şərt qoymadan həyata keçirməlidirlər
Vətəndaşlar forsmajor vəziyyət sayəsində ziyana düşüblər
Vətəndaşlar forsmajor vəziyyət sayəsində ziyana düşüblər
"Bank of Baku” krediti dollarla olan müştərilər üçün Novruz bayramına özəl olaraq yeni güzəşt imkanını təqdim edir. Bankdan verilən məlumata görə, dollarda kredit götürmüş müştərilər 17 və 18 mart tarixlərində banka müraciət etməklə, borc öhdəliyinin qalan hissəsini manata çevirə bilərlər. Bu güzəşt imkanından dollarla kredit götürən bütün müştərilərin maksimum dərəcədə faydalanmasına imkan yaradılacaq.
Təminatlı şərtlərlə kredit götürən müştərilərin müraciətlərinə fərdi qaydada baxılacaq. Bunun üçün kredit tarixçəsindən asılı olaraq müştərilərdən borcun müəyyən - minimum 10 faizdən başlayan hissəsini Bankın cari məzənnəsi ilə ödəmələri tələb olunur. Bu əməliyyatın icrası üçün komissiya haqqı nəzərdə tutulmayıb. Novruza özəl olaraq start verilən bu güzəşt kampaniyası çərçivəsində dollar kreditini manata çevirmək istəyən müştərilər, krediti rəsmiləşdirdikləri və ya istənilən filiala müraciət edə bilərlər.
Qeyd edək ki, bir müddət öncə "Bank of Baku” ödəmə qabiliyyətində çətinlik yaranan müştərilərinə dəstək məqsədilə iki istiqamətdə güzəştlər paketi təqdim etmişdir. Güzəşt paketi haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola və ya Bankın filiallarına müraciət edə bilərsiniz.
Kampaniyanı şərh edən sabiq millət vəkili, tanınmış iqtisadçı Nazim Məmmədov "Şərq”ə bildirib ki, bu, bankın reklam oyunundan başqa bir şey deyil. Ekspertin sözlərinə görə, doğrudan da banklar kreditlərin əvvəlki faizlərlə ödənilməsinə dair hər hansı addım atmaq istəyirlərsə, bunu şərt qoymadan həyata keçirməlidirlər: "Belə olan halda insanların, müştərilərin banklara inamı daha da artar. Hamı anlayır ki, iqtisadi böhran zamanı insanların gəlirləri azalır. Vaxtilə dollarla götürülən kreditləri əslində müxtəlif banklar "məcburi” qaydada verib. Səbəb isə müxtəlifdir. Ola bilsin, bunu ya konvertasiyanı iki dəfə aparmaq, ya bankların xidmət haqqını artırmaq, ya da kursun dəyişəcəyini bildikləri üçün ediblər. Vətəndaşlar gəlirlərinin nə vaxtsa azalacağını və iş yerlərinin bağlanacağını heç vaxt proqnozlaşdırmırdılar. Çünki həmişə Mərkəzi Bankın (MB) rəhbərliyi, həmçinin hökumət üzvləri bəyan edirdilər ki, dollar bahalaşmayacaq. Milli valyutamızın kursu sabit qalacaq. Amma vətəndaşlar forsmajor vəziyyət sayəsində ziyana düşdülər. Ona görə də, düşünürəm ki, hansısa kommerisya bankı müştərilərə güzəşt etmək istəyirsə, bu təşəbbüsdə "kredit tarixçəsindən asılı olaraq” kimi şərtlər olmamalıdır. Bu, artıq bankın xoş niyyətindən xəbər vermir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol