
Rəsmi Bakının mövqeyi qətidir: Bir qarış torpağın güzəştindən söhbət gedə bilməz
12:45 01.05.2019
Arxiv
707
“Ermənistan anlamalıdır ki, Azərbaycan torpaqlarının işğalı üzərində özlərinə gələcək qura bilməyəcəklər”
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci übünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Dağlıq Qarabağ münaqişəsindən də danışıb.
Ölkə başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının mövqeyində heç bir dəyişiklik yoxdur: "Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”.
Prezident onu da qeyd edib ki, danışıqlar formatı dəyişməz olaraq qalır: "Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama ünvanlıdır, birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var. Ona görə hesab edirəm ki, bu mövzu artıq öz həllini tapıb. Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik. Bu ilin əvvəlindən bu istiqamətdə də böyük işlər görülüb və görüləcək”.

Politoloq Elxan Şahinoğlu "Sherg.az”a deyib ki, Prezident İlham Əliyev "Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq” fikrini hər iclasda xatırlatmaqla Ermənistan hakimiyyətinə və cəmiyyətinə önəmli mesaj göndərir.
Politoloqun sözlərinə görə, mesajın əhəmiyyəti budur ki, Ermənistan öz istəyi ilə Azərbaycan torpaqlarını boşaltmasa, buna məcbur ediləcək və bu zaman işğalçı ölkənin itkiləri böyük olacaq:
"Necə ki, Ermənistan 2016-cı il aprel savaşında üzləşdiyi itkilərdən hələ özünə gəlməyib. Daha sonra Naxçıvanda azad olunan torpaqları misal göstərmək olar. Yəni Azərbaycan ordusu irəliləməkdə davam edəcək. Bu, işğalçı dövlətə təzyiq vasitəsidir və Azərbaycan Ermənistana təzyiqi getdikcə artıracaq. Bizim başqa alternativimiz yoxdur. Ermənilər anlamalıdırlar ki, Azərbaycan torpaqlarının işğalı üzərində özlərinə gələcək qura bilməyəcəklər, biz buna imkan verməyəcəyik. Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinə və cəmiyyətinə bunu anlatmaq istəyir”.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol