“Rəsmi Moskvanın İrəvana təzyiqi davam edəcək”
19:37 05.07.2016
Arxiv
712
Tofiq Abbasov: “Böyük planların işığında balaca Ermənistanın “nazı” görünməz qalır”
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəzərəçarpacaq dərəcədə fəallıq müşahidə olunur. Prezidentlərin Vyana və Sankt-Peterburq danışıqlarından sonra Fransa və ABŞ-ın ev sahibliyi ilə daha iki görüşün planlaşdırıldığı barədə xəbərlər yayılmaqdadır.
Düzdür, hələlik avqust və sentyabrda keçiriləcəyi deyilən görüşlə əlaqədar detallı məlumatlar yoxdur. Ancaq bəzi mənbələr növbəti görüşlərdə Sankt-Peterburqda masada olan konkret sənəd ətrafında müzakirələrin aparılacağını iddia edirlər. Bəzi müşahidəçilərə görə, Kremlin işğalçı ölkəyə ciddi təzyiq göstərməsi Ermənistanda ciddi narahatlığa səbəb olub. Hesab olunur ki, münaqişənin mərhələli həll yolu ilə çözülməsinə qərar verən Moskva İrəvanın qarşısına konkret proqram qoyub və ərazilərin bir hissəsinin işğaldan azad olunmasını tələb edib. Ermənilərin narahatlığı təkcə danışıqlar masasında əldə olunan nəticələrlə bağlı deyil. Düşmən ölkə ikinci variant hesab olunan müharibə ehtimalından da ehtiyat edir. Erməni ekspertlərin özləri də etiraf edirlər ki, əgər aprel savaşının ikinci mərhələsi başlayarsa, Azərbaycan Ordusu bütün əraziləri işğaldan azad edəcək. Məsələni "Şərq”ə şərh edən politoloq Tofiq Abbasov deyib ki, əgər danışıqların növbəti mərhələsində Azərbaycan tərəfini qane edəcək müsbət nəticə əldə olunmazsa, hərbi əməliyyatların yenidən başlaması qaçılmaz olacaq: "Rusiya anlayır ki, artıq status-kvonu dəyişdirməyin vaxtıdır. Bu baxımdan Ermənistan rəhbərliyi təşviş içindədir. Xüsusən Sarkisyan öz hakimiyyətini ikinci prezidentlik müddəti başa çatana qədər əldən verməməyə çalıışır. Həm də baş nazir kimi gələcək dövrdə hakimiyyətdə qalmaq istəyir. Ona görə də rəhbərlik ilk növbədə daxildə gedən prosesləri tənzimləməyə səy göstərir”. Ekspertə
görə, Ermənistanda böyük kəsim Rusiyadan küsüb: "Hesab edirlər ki, son hadisələrdən sonra guya Rusiya Azərbaycana dəstək verməyə başlayıb. Halbuki bu, belə deyil. Digər tərəfdən bəziləri gözləyirdilər ki, Rusiya ermənilərin əvəzinə bizimlə vuruşmalıdır. Təbii ki, bu gözləntilər absurddur”. Bununla yanaşı, politoloq bildirib ki, Rusiya-Ermənistan münasibətləri aprel döyüşlərindən sonra xeyli zəifləyib: "Rusiya diplomatiyası vəziyyəti nəzarət altında saxlamağa çalışır. Eyni zamanda Ermənistana qandırmağa çalışır ki, bölgə siyasətində dəyişiklik qaçılmazdır. Rusiya bunu həm də özü üçün istəyir. Çünki Moskvanın nəqliyyat və enerji layihələri çərçivəsində böyük planları var. Ermənistanın barışmaz mövqeyi isə prosesdə tormoz rolunu oynayır. Əlbəttə ki, böyük planların işığında balaca Ermənistanın "nazı” görünməz qalır. Digər tərəfdən, Rusiya öz vassalının əziyyətini çəkməyi də özünə borc bilir. Bu məqsədlə Moskvanın İrəvana təzyiqi davam edəcək. Hazırda Azərbaycanın mövqeləri isə diplomatik baxımdan güclənməkdədir. Bunun əksinə Ermənistan diplomatik oyundan kənar vəziyyətdə qalıb”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə