Ruhaninin köməkçisi: "Ermənistan öhdəliyini yerinə yetirməlidir"
13:01 05.07.2016
Arxiv
377
"Ermənistan Araz çayının çirklənməsinin qarşısını almaq üçün təcili addımlar atmalıdır”.
Bu sözləri APA-nın İran bürosuna açıqlamasında İran prezidentinin müavini, Ətraf Mühiti Qoruma Təşkilatının rəisi Məsumə Ebtikar deyib.
M. Ebtikar bildirib ki, İran müntəzəm şəkildə Arazda çirklilik səviyyəsini yoxlayır və çayın çirklənməsinin qarşısını almaq üçün davamlı proqramlar həyata keçirir: "İran Ermənistana öz mövqeyini çatdırıb ki, Araz çayına axıdılan tullantıları azaltmalıdır və tez bir zamanda suyun çirklənməsinin qarşısını almaq üçün addımlar atmalıdır. Bu məsələ ikitərəfli sazişdə də öz əksini tapıb”.
M. Ebtikar qeyd edib ki, Ermənistan dövləti çayın çirklənməsinin qarşısını almaq üçün öz öhdəliyini yerinə yetirməlidir.
Qeyd edək ki, Arazın Ermənistandan keçən hissəsinə çirkab suların və sənaye tullantılarının axıdılması nəticəsində çayda ekoloji durum pisləşib. İran və Ermənistan Araz çayının çirklənməsinin qarşısını almaq məqsədilə sənəd imzalayıblar. Bu sənədə əsasən 2017-ci ilədək Ermənistan öhdəliyini yerinə yetirməli və çirklənmənin qarşısını almaq üçün layihələr icra etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə