Rus jurnalist Bakıda aksiyaya qoşuldu: "Kişilər toplaşaraq cəbhəyə çağırılmalarını tələb edirdilər..."
14:08 06.04.2016
Arxiv
605
"Azərbaycanın paytaxtı döyüş əməliyyatları xəttindən uzaqda yerləşir.
Lakin burada vətənpərvərlik əhval-ruhiyyəsi ölkənin münaqişə zonası ilə həmsərhəd rayonları ilə müqayisədə heç də aşağı səviyyədə deyil. Bakıya gəldim və Dağlıq Qarabağ uğrunda müharibəyə getmək arzusunda olan könüllülərin yürüşünə qoşuldum”.
Bu sözləri Rusiya çıxan "Kommersant” qəzetinin Bakıya ezam edilmiş müxbiri Kirill Krivoşeyev yazır.
Azərtacxəbər verir ki, Rusiyalı jurnalist Azərbaycan paytaxtında gördüklərini belə təsvir edir:
"Qarabağda döyüşlər getdiyini yerli kafelərdə göstərilən telereportajlara, avtomobillərin arxa şüşələrinə yaxın yerləşdirilmiş və ya balkonlarda asılmış bayraqlara görə başa düşmək olar. Bu günlərdə kişilər inzibati binaların yaxınlığında toplaşaraq cəbhəyə çağırılmalarını tələb edirdilər. Hakimiyyət bu tələblərə rədd cavabı verib. Orduda könüllülərə ehtiyac yoxdur – kifayət qədər şəxsi heyət var”.
Qəzet yazır ki, həm tələbələr, həm də yaşlı Bakı sakinləri "Ali Baş Komandan əmr verən kimi” dərhal müharibəyə getməyə hazır olduqlarını deyirlər. Nərimanov rayon icra hakimiyyətinin yaxınlığında keçirilən aksiyada təxminən 100 nəfər toplaşmışdı. Bakı sakinləri bu vətənpərvər ruhdan imtina etməyə hazırlaşmır.
"Kommersant”ın müxbiri tələbələrin keçirdiyi aksiyalarda iştirak edib:
"Münaqişə zonasında döyüş əməliyyatları yenidən başlandığı gündən bu cür aksiyalar keçirilir. Gənclər kiçik qruplar halında şəhərdə gəzir, sonra Azərbaycan xalqının qəhrəman övladlarının, o cümlədən Qarabağ uğrunda müharibədə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanındakı əbədi məşəlin yanında toplaşırlar. Belə qrupların birində təxminən 25 nəfər vardır. Onlardan biri rus dilində yaxşı danışır. Soruşuram ki, bu gənclər haçansa ermənilərlə görüşüblərmi? Cavab verirlər ki, görüşməyiblər. Maraqlanıram: əgər Dağlıq Qarabağ Azərbaycana keçərsə, onların fikrincə, ermənilərlə necə rəftar etmək lazımdır. Deyirlər ki, dinc sakinlərlə yola getməyə hazırdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya