Rus mediasından artıq nə gözləmək olardı?
21:42 05.04.2016
Arxiv
690
“Hakimiyyətdəki müəyyən qüvvələr Azərbaycanın əleyhinə kampaniya aparmaqda maraqlıdır”
Ermənistanın təxribatlarına tutarlı cavab verən Azərbaycan ordusunun hərbi əməliyyatları dünya mediasında müxtəlif səpkilərdə əks olunmaqdadır. Əksər xarici mətbuat orqanları həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırsa da, bəzi yayım qurumları ictimai rəyi çaşdırmaqla məşğuldur. Ən doğru xəbərlərə yer ayıran qardaş Türkiyə mediası baş verənləri olduğu kimi çatdırmaqda qabaqcıl mövqedə dayanır.
Ermənilərin dinc əhaliyə zorakılığı ilə bağlı materiallara yer ayıran Türkiyənin informasiya agentlikləri həqiqətlərə diqqət çəkir, Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğunu vurğulayırlar. Ancaq Rusiya mətbuatı cəbhə xəttində baş verən hadisələri birbaşa ermənilərin dili ilə yayır. Rusiyanın məşhur "İnterfaks”, "lenta.ru”, "vzglyad.ru” və başqa saytları açıq şəkildə ermənilərin lehinə materiallar hazırlayırlar. Hətta bəzi məqamlarda münaqişə xristian-müsəlman ədavəti kimi təqdim edilir. Əsasən də "regnum.ru” məsələyə bu cür yanaşır və son olayların arxasında Türkiyənin "dayandığına” işarə vurur. Demək olar ki, əksər rus mətbuatında erməni mənbələrinə istinad üstünlük təşkil edir. Əsas məqam isə odur ki, Rusiya mətbuatında ermənilərin rəsmi şəxslərindən alınan fikirlərə, xüsusən ermənipərəst rus ekspertlərə daha çox yer verilir. Rusiyalı politoloqlar bilərəkdən Dağlıq Qarabağı işğal olunmuş ərazi kimi təqdim etmirlər. Azərbaycanın Rusiyadakı səfir müavini Qüdsi Osmanov da Rusiya KİV-lərinin Dağlığ Qarabağdakı hadisələri birtərəfli və qeyri-obyektiv işıqlandırdığına diqqət çəkib: "Konfliktin sülh yolu ilə həll edilməsində Rusiya vasitəçi kimi iştirak edir. Ona görə də rus mediasının hadisələri qeyri-obyektiv işıqlandırmağa mənəvi haqqı yoxdur”. Diplomatın sözlərinə görə,
Dağlıq Qarabağda baş verən hadisələr barədə rus ictimaiyyətinə obyektiv məlumatın çatdırılmasında Azərbaycan diasporu geniş təbliğat işləri aparmalıdır.
Məsələni "Şərq”ə şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya mətbuatının köhnə qərəzindən əl çəkmədiyini söyləyib: "Rus mediası məsələləri birtərəfli qaydada işıqlandırır. Əslində Ermənistanı dəstəkləyən bir ölkədən fərqli reaksiya gözləmək absurd olardı. Mən həmişə deyirdim ki, əgər torpaqlarımızı geri qaytarmaq əməliyyatlarına başlasaq, Rusiya mətbuatı dərhal Azərbaycanın əleyhinə fəaliyyətə başlayacaq. Elə də oldu. Cəbhədəki gərginlikdən sonra Rusiya mediası anti-Azərbaycan ritorikasını gücləndirdi. Əgər onlar ilk gün balansı gözləməyə çalışdılarsa, sonrakı günlərdə birmənalı şəkildə ermənipərəst mövqeyə keçdilər. Ancaq hələlik rus rəsmilər Azərbaycan əleyhinə bəyanat verməyə tələsmirlər. Çünki bunun üçün əsas yoxdur, Azərbaycan öz ərazilərində müharibə aparır”.
Analitik deyib ki, rus mediasının əsas hissəsi hökumətin nəzarəti altındadır: "Gəlin, açıq danışaq, əgər rus hakimiyyəti istəsə, ölkə mediasına tapşırıq verər və Azərbaycana qarşı ritorikanı yığışdırar. Belə bir tapşırıq verilmirsə, deməli, hakimiyyətdəki müəyyən qüvvələr Azərbaycanın əleyhinə kampaniya aparmaqda maraqlıdır. Lakin hesab edirəm ki, buna fikir verməməliyik. Öz işimizlə məşğul olmalıyıq. Düzdür, xaricdə kimlərin nə yazması, ekspertlərin necə danışması bizim üçün maraqlıdır. Amma ən mühüm məsələ torpaqlarımızın işğaldan azad edilməsidir. Rusiyalı ekspertlərin məsələni necə şərh edəcəyi, ermənipərəst mövqedən çıxış edib-etməyəcəkləri onların öz işidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya