Rus politoloq haqlıdır
09:12 27.04.2019
Arxiv
725
"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil"
Rusiyalı ekspert Oleq Kuznetsov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmadığını deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi qlobal geosiyasət çərçivəsində Cənubi Qafqazdan kənarda yerləşən qüvvələr tərəfindən istifadə olunur: "Münaqişə Qafqazda yaradılmayıb, ona görə də onun sülh yolu ilə həlli mümkün deyil. Bu münaqişənin əsas benefisiarları nə Bakıda, nə də İrəvandadır”. Ekspert həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin xalqların sülhə hazırlanması yolu ilə həll ediləcəyinə inanmır: "Mən bu haqda hələ 2012-ci ildə yazmışam. Hesab edirəm ki, Samuel Hantinqtonun "Sivilizasiyaların toqquşması” nəzəriyyəsi Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini izah edir. Çünki düşünürəm ki, bu, doğrudan da sivilizasiyaların, bir-birinə zidd dünyaların toqquşmasıdır”.
Kuznetsovun sözlərini "Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli rus ekspertin haqlı olduğunu bəyan edib. Analitik bildirib ki, elə Azərbaycan ictimaiyyəti və politoloqlar da illərdir bunu deyirlər:
"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil. Kənar qüvvələr deyəndə Kuznetsov həm Rusiyanı, həm ABŞ-ı, çox güman ki, bir də Türkiyəni nəzərdə tutur. Sivilizasiyaların qarşıdurması deyəndə isə müsəlman-xristian məsələsini vurğulamağa çalışır. Yəni diqqətə çatdırır ki, Ermənistanın arxasında Rusiya durursa, Azərbaycanın da yanında qardaş Türkiyə dayanır. Fikrimcə, kənar qüvvələr deyəndə Kuznetsov bunu düşünüb. Demək istəyir ki, Qarabağda sivilizasiyalar daha lokal səviyyədə toqquşub. Rus həmkarıma bu cür yanaşmada haqq qazandırıram. Reallığı əks etdirən fikirlərdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya