Rusiya Avropaya qapı açır

“Çünki hazırkı ağır sosial durumda olan Rusiyanın Avropa İttifaqı ölkələrinin dəstəyinə ehtiyacı var”



Rusiya Prezidenti Vladimir Putin "Le Fiqaro” qəzetinə açıqlamasında deyib ki, Avropa Rusiya təhdidini kənara qoyub, əməkdaşlığa yönəlməlidir. Kreml rəhbəri bildirib ki, AB Rusiya ilə bağlı miflər yaratmağı dayandırmalıdır:

"Özünüz bir şeylər uydurursunuz. Daha sonra həmin uydurduğunuz miflərlə özünüzü qorxudursunuz. Biz Parisdə, Belçikada, Rusiyada partlayan bombalar barədə düşünməliyik”. 

Putinin açıqlaması ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Azər Rəşidoğlu deyib ki, Avropa İttifaqı Putin iqtidarının iradəsini sındırıb özü istədiyi formatda əməkdaşlığı qəbul etdirə bilmədi: 

"Rusiya da öz növbəsində Avropa Birliyi ilə münasibətləri korlayaraq özünü vacib sərmayə və iqtisadi imkanlardan məhrum etdi. Avropa İttifaqı ilə danışıqlar demokratik inkişaf üçün də müəyyən stimullar yarada bilərdi. Fikrimcə, Rusiya Avropa İttifaqı ilə danışıqlarda müəyyən güzəştlər etməli olacaq. Çünki hazırkı ağır sosial durumda olan Rusiya Avropa İttifaqı ölkələrinin sərmayəsinə, köməyinə və banklarının dəstəyinə ehtiyacı var. Avropa İttifaqı ilə danışıqlara həm demokratik, həm siyasi, həm də iqtisadi baxımdan imkan kimi baxmaq lazımdır”.

İsmayıl