"Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır" - Deputat





Azərbaycan Prezidenti İlham Əliyev 15 ildir ki, ölkəmizə başçılıq edir və bu illər ərzində Prezidentimiz ölkə daxilində və eləcə də beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Azərbaycan prezidentinə dünya liderlərinin böyük sayğısı, hörməti var".

Bunu "Sherg.az"a millət vəkili Rasim Musabəyov Rusiya-Azərbaycan münasibətlərinin inkişafından və Rusiya lideri Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik etməsindən danışarkən deyib.

Onun sözlərinə görə, cənab İlham Əliyev apardığı uğurlu daxili və -xarici siyasət nəticəsində özünü beynəlxalq arenada nüfuzlu,bacarıqlı, uzaqgörən və xalqının təəssübünü çəkən bir lider kimi təsdiqləyib:

"Ermənistanın baş naziri Nikol Paşinyan isə küçədən gəlmiş bir adamdır. Onu nəinki təbrik edirlər, heç salam belə vermirlər"

"Millət vəkili onu da diqqətə çatdırıb ki, Rusiya -Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir:

"Bu münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bizim Rusiya ilə çox böyük ticarət dövriyyəmiz və layihələrimiz var. Bununla yanaşı Azərbaycan prezidenti cənab İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında şəxsi münasibətlər mövcuddur. Prezidentimiz mütəmadi olaraq rusiyalı həmkarı ilə görüşür. Ölkəmizin başçısı Rusiyada səfərdə olub və rəsmi müqavilələr imzalanıb. V.Putin də dəfələrlə Bakıya səfərə gəlib. 

Təkrar edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevlə V.Putin arasında qarşılıqlı hörmətə söykənən münasibət var. Əlbəttə, bu münasibətlər Azərbaycanla Rusiya arasındakı əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradır".

Ayyət Əhməd